Gündəm
Millimizin üzvünün maaşı açıqlandı - Ayda 25 min qazanacaq
Hollandiyanın "Feyenoord" klubundan Türkiyənin "Bursaspor" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün aylıq maaşı açıqlanıb.
İnternet informasiya resurslarının qadağan edilməsi üçün məhkəməyə müraciət imkanları yaradılır
Azərbaycanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması qanunla təsbit edilir və bu, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına daxil edilir, eyni zamanda müvafiq icra hakimiyyəti orqanına yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı verilir.
Türkiyə acı xəbəri verdi - Yaralılardan 3-ü öldü
Suriya rejiminin "Zarin" qazlı 36 avia-bombadan istifadə edərək (aralarında onlarla uşaq da var) kütləvi qırğın törətməsi nəticəsində ölənlərin sayının 100-ə çatdığını, yaralıların isə 500-dən çox olduğu haqda məlumat vermişdik.
BDU-da elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası
Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncə BDU ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və Astrofizika kafedrasının Rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb. AMEA-nın Rəyasət Heyəti üzvləri, rektorlar, BDU Elmi Şurasının üzvlərinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elm və təhsilinin inkişafı, elmi kadrların hazırlanması və elmi potensialın gücləndirilməsinin vacib məsələlərdən olduğunu bildirən rektor, prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını və BDU-nun dünya universitetləri üzrə reytinq siyahısına daxil edildiyini bildirib.
İordaniya Kral Akademiyasının direktoru ADU-da olub
Aprelin 5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İordaniya Kral Akademiyasının direktoru xanım Rim Masrini ilə görüşüb.
"Real" və "Atletiko" arasında gərginlik yarana bilər
İspaniya La Liqasının 31-ci turunda öncə "Real" və "Atletiko" nümayəndələri arasında nəzərdə tutulan rəsmi nahar ləğv oluna bilər.
UEFA AFFA-ya 1 milyon avro ödəyəcək
Futbolu pul idarə etməməlidi. Bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib. Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Növbəti Konqresi keçirilir.
Messi Qvardiolanı təriflədi
Lionel Messi "Barselona"nın sabiq çalışdırıcısı Xosep Qvardiolanın ünvanına xoş sözlər səsləndirib. Argentinalı ulduz onun hər bir futbolçuya yaxşı bələd olduğunu qeyd edib.
Pepe yeni klubu ilə anlaşdı
"Real"ın müdafiəçisi Pepenin yeni komandası bəlli olub. Portuqaliyalı futbolçu mövsümün sonunda Avropanı tərk edəcək.
Tikinti şirkətinin dələduzluqda təqsirləndirilən əməkdaşına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
DİN XƏBƏRDARLIQ ETDİ: "Əməliyyat-axtarış tədbirləri davam etdirilir"
Su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Nərimanov rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
İş adamı: “MTN-in maskalıları toyun ortasında zala girdi” - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasislədən sonra davam etdirilib.
Rusiya XİN aprel hadisələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdəATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.
Rusiya səfirliyi Lapşinin işini diqqətdə saxlayır
Rusiya səfirliyi bloqer Aleksandr Lapşinin işini diqqətdə saxlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Bakıda xristian qəbirlərin üzərindən dəmir barmaqlıqlar və xaçları oğurlayan şəxs tutulub
Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinin mehribanlıq və əmin-amanlıq şəraitində yaşadıqları bir zamanda bir neçə xəbər portalında qərəzli şəkildə araşdırma aparılmadan Bakı şəhərində xristian qəbiristanlığında dəfn olunan məzarların guya qəsdən kütləvi şəkildə dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin bilərəkdən oğurlanması barədə məlumat verilib. Bununla bağlı araşdırma aparılan zaman polis orqanlarına bu barədə mart ayında cəmi iki vətəndaşın şikayət etdiyi məlum olub.














