Millimizin üzvünün maaşı açıqlandı - Ayda 25 min qazanacaq
Hollandiyanın "Feyenoord" klubundan Türkiyənin "Bursaspor" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün aylıq maaşı açıqlanıb.
5 Aprel 2017 18:49 İdmanHollandiyanın "Feyenoord" klubundan Türkiyənin "Bursaspor" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün aylıq maaşı açıqlanıb. Növbəti mövsüm üçün "ağ-yaşıllar"ın heyətinə qoşulacaq gənc oyunçu ayda 25 min türk lirəsi (11 667 manat) qazanacaq.
Bu barədə məlumatı "timsahlar"ın prezidenti Ali Ay verib: "Biz bu futbolçu üçün "Feyenoord"a ödəniş etməyəcəyik. Çünki Hollandiya klubu ilə məsələləri yoluna onun atası qoyub. Sadəcə Köcüyə aylıq 25 min türk lirəsi maaş verəcəyik. Həm də bnonuslar qazanacaq". Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31