"Real" və "Atletiko" arasında gərginlik yarana bilər

İspaniya La Liqasının 31-ci turunda öncə "Real" və "Atletiko" nümayəndələri arasında nəzərdə tutulan rəsmi nahar ləğv oluna bilər.

İspaniya La Liqasının 31-ci turunda öncə "Real" və "Atletiko" nümayəndələri arasında nəzərdə tutulan rəsmi nahar ləğv oluna bilər. Bunun səbəbi "kral klubu"nun Teo Ernandesin transferini 24 milyon avro qarşılığında həll etmək istəyidir. "Atletiko" bu mövsüm "Alaves"ə icarəyə verdiyi gənc müdafiəçinin prinsipial rəqibinə getməsinə isti yanaşmır. "Real" isə Ernandeslə şəxsi müqaviləni razılaşdırıb və buraxılış qiymətini ödəməyə hazırdır.

"Teonun transferi barədə bizə heç nə məlum deyil. O, bizim futbolçudur və hazırda "Alaves"də çıxış edir. Mövsümün sonunda onun "Atletiko"ya qayıdacağı, yoxsa "Alaves"də qalacağı məlum olacaq" - "Atletiko"nun prezidenti Enrike Sereso deyib.

"Real" - "Atletiko" qarşılaşması aprelin 8-də baş tutacaq. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31