Gündəm

Toyda inanılmaz RƏZALƏT: bəy gəlini...

2 May 2017 15:42

Çində toy günü bəyi polis saxlayıb. Buna səbəb bəyin qız tərəfini və toy adamlarını aldatmasıdır. Oğlan toya 200 nəfər pulla tutulmuş adam gətirərək özünün qohum-əqrəbası, yaxın dostları kimi təqdim edib.

Müəmmalı ölümlər: onları anmağa gələn yaxınlarının həyatına son qoyan ruhlar

2 May 2017 15:39

Rusiyada aprel ayında baş vermiş müəmmalı ölüm hadisələri insanları şoka salıb.  Başqırdıstanda 4 dost ötən il suda boğulmuş dostunu anmaq üçün həmin yerə gəliblər. Dostlardan biri suya girib mərhumun batdığı yerə doğru çələng üzdürmək istəyib. Tezliklə özü boğulmağa başlayıb, dostları onu xilas edə bilməyiblər.

1 milyonluq dələduzluqda təqsirləndirilən qadının işində: "Danışanda Akif Çovdarovun adını çəkirdi"

2 May 2017 15:36

Vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.

Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb

2 May 2017 15:30

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.

Ramiz Aslanov Beynəlxalq Konfransda iştirak edib

2 May 2017 15:27

AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

“Bir ölkədə söz azadlığının durumunu öyrənmək üçün onun mətbuatını incələmək lazımdır”

2 May 2017 15:25

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. Hazırda da bu sahələrin inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir.  Jurnalist Təşəbbüsləri Mərkəzinin sədri, “Teleqraf.com” saytının redaktoruRuslan Xəlil suallarımızı cavablandırıb.

MTRŞ-nın şöbə müdiri: “Bəzi verilişlərdə insan problemləri üzərində şou yaradılır”

2 May 2017 15:22

“Hazırda Azərbaycanda jurnalistlərin 60-70 %-i qadın olsa da, onların təmsil etdiyi qurumların 80 %-nin rəhbəri kişilərdir. Bu, təəssüf doğurur”. Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.

“FETÖ işi” ilə əlaqədar həbs olunmuş AXCP üzvü məhkəmədə ifadə verib

2 May 2017 15:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Ərdoğan yenidən AKP üzvü olub

2 May 2017 15:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.

Sarkisyan azı 90 deputatı satın alıb

2 May 2017 15:14

Ermənistan parlamentində azı 90 deputat birbaşa Sarkisyana işləyəcək. Ermənistanda formalaşdırılacaq yeni parlamentdə deputatların əksəriyyəti - təxminən 85-90 deputat Sarkisyanın şəxsən tabeçiliyində olacaq. Yalnız Respublika partiyasından deyil, digər fraksiyalardan olan deputatlar lazımi anda Sarkisyanın təlimatlarına uyğun hərəkət edəcək.

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib

2 May 2017 15:12

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Azad Hüseynovdan yeni kitab

2 May 2017 15:08

Azərbaycan hərb tarixinin araşdırıcısı Azad Hüseynovun yeni “Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları” adlı kitabı çap olunmuşdur. Azad Hüseynovu İkinci dünya müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr etdiyi əsərləri ilə tanınır. Azad Hüseynov  azərbaycanlıların və Azərbaycanın Faşizm üzərindəki qələbədə töhfəsinin öyrənilməsi üzrə səmərəli işini davam etdirərək, “Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları” adlı yeni əsərini yazıb.

Millət vəkilləri AŞ PA-nı sərt tənqid etdilər

2 May 2017 15:07

Milli Məclisin mayın 2-də keçirilən iclasında millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərarın müzakirəsini aparıblar. Millət vəkili , AŞPA- dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropda irqçilik, islamafobiyanın baş alıb gedir.

Qənirə Paşayeva Çernobıl əlillərinin problemlərindən danışdı

2 May 2017 15:06

Millət vəkili Qənirə Paşayeva  Milli Məclisin iclasında Çernobıl əlillərini narahat edən bəzi məsələləri qaldırıb və onların həlli üçüm addım atmağa çağırıb: "Bir neçə gün əvvəl Çernobıl faciəsinin 31-ci ili tamam oldu. Avropa və bütün dünya üçün böyük bir faciə olan Çernobıl qəzasının aradan qaldırılması üçün 7 mindən çox azərbaycanlı iştirak etmişdi. Onların hamısı ağır şüalanmaya məruz qaldı, bəziləri bunun nəticəsində qısa zaman ərzində dünyasını dəyişdilər. Çernobıl əlilləri və onların həmin hadisədən sonra  dünyaya gələn övladları ağır şüalanmanın nəticələrini öz sağlamlığında hiss etdilər və bu gündə müalicələr almaqda davam edirlər.

Zahid Oruc: “Deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır”

2 May 2017 15:03

“Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş oluruq”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.