Ramiz Aslanov Beynəlxalq Konfransda iştirak edib

AMEA  Riyaziyyat və Mexanika İnstitutun “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

AMEA  Riyaziyyat və Mexanika İnstitutun "Elmi -Texniki İnformasiya" şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov K.F. Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mardanov və  "Elmi-Texniki İnformasiya" şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov aprelin 26-28 tarixlərində Rusiya Federasiyasının Elmi Təhsil Nazirliyinin Tolyatti Dövlət Universitetinin nəznində keçirilən "Riyaziyyat. Təhsil. Mədəniyyət." (K.F.Qausun  anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfransa plenar məruzə etmək üçün rəsmi dəvət olunmuşdular.

Konfransda professor  Ramiz Aslanov "Muasir riyaziyyatın inkişafında Karl Fridrix Gaussun elmi irsi (anadan olmasının 240 illiyinə həsr olunub)" plenar məruzə ilə çıxış edib.

Professor  Ramiz Aslanov "Riyaziyyat. Təhsil. Mədəniyyət." (K.F.Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfrans çərçivəsində aspirantların və tələbələrin "Mənim namizədlik dissertasiyam (elmi işim)" adlı konkursunda  jüri heyətində iştrak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31