Gündəm
"Daşınar əmlakın yükülülüyü haqqında" qanun təsdiq edildi
"Daşınar əmlakın yükülülüyü haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında II və III oxunuşda müzakirə olunaraq təsdiq edilib.
“Bir vaxtlar kolbasalara halal adı qoyurdular, indi də otelləri...”
"Azərbaycanda turizmlə bağlı böyük işlər görülüb, Azərbaycan prezidentininrəhbərliyi ilə bütün bölgələrdə turizm sahələri yaradılıb. Ölkəmizdə qış və yay turizmi üçün lazımi şərait var. Bunlar daha da artırmalıdır".
Fransalı mütəxəssis 9 illik iş yerini tərk edir
"Saint-Etienne" klubunun baş məşqçisi Kristof Qaltye mövsümün sonunda postunu tərk 50 yaşlı mütəxəsis qərarı barədə köməkçilərini məlumatlandırıb və rəhbərliklə danışıqlar aparır. Onun hazırkı müqaviləsi 2018-ci ildə başa çatacaq. Qaltye 2008-ci ildən "yaşıllar"ın baş məşqçisidir. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Saint Etienne" (0:0) oyunu zamanı paytaxtımızın da qonağı olmuşdu. Hazırda Fransa çempionatında 7-ci olan komanda növbəti mövsüm Avrokuboklardan kənarda qala bilər.
“Real”ın hücumçusu İngiltərəyə köçür
Madrid "Real"ının hücumçusu Alvaro Morata komandasını dəyişmək fikrinə düşüb. 24 yaşlı forvard karyerasını İngiltərədə davam etdirə bilər. Çünki "Çelsi" və "Tottenhem" onun transferində maraqlı klublardı.
"Mançester Yunayted"də daha bir itki
"Mançester Yunayted" daha bir futbolçusunu zədə səbəbindən itirib. Premyer Liqanın 35-ci turunda "Suonse" ilə oyunu (1:1) yarımçıq tərk edən Lyuk Şou mövsümü başa vurub. Tibbi müayinə onun ən azı 1 buraxmalı olduğunu göstərib.
Ermənistanın narahatlığını artıran Azərbaycan- Türkiyə təlimləri
Son aylar istər yerləşdiyimiz coğrafiyada, istərsə də onun sərhədlərinə o qədər də uzaq olmayan məsafədə maraqlı proseslər cərəyan edir. Bu proseslərin fonunda qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe və siyasi iradə isə özü ilə yanaşı, Azərbaycanı da mümkün təhdidlərdən müdafiə edir, qoruyur.
Nazir: "Son 3 ayda Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb "
“Azərbaycana son 3 ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb”. “Olaylar”ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.
İsveçrədə Türkiyə konsulluğuna maskalı hücum: “Ərdoğanı öldürün!”- VİDEO
Türkiyənin İsveçrədəki Baş Konsulluğuna maskalı şəxslər hücum edib. Hücum nəticəsində mərkəz qərargahı Zürix şəhərində yerləşən konsulluq binasına ziyan dəyib.
Gəlini aparmağa gələnlər qız evini soydular
Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib. Hadisə toy günü baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət əraziəsi təqdim edib.
Rusiyada qadağan edilən xristian təriqəti Azərbaycanda azaddır: “Dövlətə münasibəti bizi narahat edir…”
Xəbər verdiyimiz kimi Rusiya Ali Məhkəməsi “Yehovanın Şahidlərinin Rusiyadakı İdarəetmə Mərkəzi”nin fəaliyyətinin ekstremist xarakterli olması barədə qərar qəbul edərək onun fəaliyyətini qadağan edib. Lakin Rusiyanın ekstremist fəaliyyətdə ittiham etdiyi, fərariliyi aşılayan dini icmanın üzvləri Azərbaycanda təbliğat aparır, xüsusilə azyaşlıları ətrafına toplayırlar.
Sahib Ələkbərov: "Beynəlxalq yarışlara görə alternativsiz yolları bağlamaq olmaz!"
Bu gün “Tour d’Azerbaidjan-2017” veloturu ilə bağlı Respublika Velotrekində mətbuat konfransı keçirilib. Tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak ediblər.
“5 may – Xalçaçı günü”nə həsr olunmuş silsilə tədbirlər
4-5 may tarixlərində Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – dəyirmi masa, sərgi və ustad dərsləri keçiriləcək.
Zərifə Əliyeva anıldı
Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər keçirib. Mərkəzdən “Olaylar”- a bildirilib ki, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.
"Bizim Ebru Dünyamız"
"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, 2 saylı "ASAN xidmət" mərkəzi, Avropanın Gənc Azərbaycanlı Dostları İctimai Birliyi və "Mədinə" Tibb Mərkəzinin təşkilatı dəstəyi ilə autizm sindromlu uşaqların "Bizim Ebru Dünyamız" adlı sərgisi baş tutub. Sərginin keçirilməsində əsas məqsəd autizm sindromlu uşaqlara dəstək olmaq, onları cəmiyyətlə yaxından əlaqələndirmək, aktiv yaşam tərzinə yönləndirmək, daha sağlam toplum naminə töhvə verməkdir. Sərgidə iştirak edənlər uşaqlar işləriylə ebru sənətinin incəlikləriylə yaxından tanış olublar.
“Turizm haqqında” qanun müzakirəyə çıxarıldı
Parlamentin Əmək və sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisin iclasında "Turizm haqqında" yeni qanun layihəsini təqdim edib. “Olaylar” xəbər verir ki, komitə sədri qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi bazanın yaradılacağını, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcəyini, bölgələr üzrə brendləşmə yaranacağını, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunmasının güclənəcəyini və yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkanların yaranacağını deyib: “Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq.














