“Turizm haqqında” qanun müzakirəyə çıxarıldı
Parlamentin Əmək və sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisin iclasında "Turizm haqqında" yeni qanun layihəsini təqdim edib. “Olaylar” xəbər verir ki, komitə sədri qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi bazanın yaradılacağını, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcəyini, bölgələr üzrə brendləşmə yaranacağını, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunmasının güclənəcəyini və yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkanların yaranacağını deyib: “Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq.
2 May 2017 14:15 SosialParlamentin Əmək və sosial-siyasət Komitəsinin sədri Hadi Rəcəbli Milli Məclisin iclasında "Turizm haqqında" yeni qanun layihəsini təqdim edib. "Olaylar" xəbər verir ki, komitə sədri qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi bazanın yaradılacağını, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcəyini, bölgələr üzrə brendləşmə yaranacağını, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunmasının güclənəcəyini və yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkanların yaranacağını deyib: "Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq. Regionlarda turizmin mövsumiliyi aradan qaldırılacaq. İlin bütün fəsillərində bu xidmətin göstərilməsinə imkan yaranacaq. Sərhədyanı turizm inkişaf etdirələcək. Bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin inkişafının digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir".