Zərifə Əliyeva anıldı
Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər keçirib. Mərkəzdən “Olaylar”- a bildirilib ki, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.
2 May 2017 14:20 SosialGörkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər keçirib. Mərkəzdən "Olaylar"- a bildirilib ki, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Tərtər rayon Heydər Əliyev Mərkəzində görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürəslov , Tərtər rayon Mədəniyyət Mərkəzinin və MKS- nin işçiləri, Tərtər Uşaq Musiqi məktəbinin müəllimləri iştirak ediblər. Regional İdarənin Bərdə rayon, Yevlax və Mingəçevir şəhər nümayəndəlikləri də öz növbəsində Akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.