Millət vəkilləri AŞ PA-nı sərt tənqid etdilər

Milli Məclisin mayın 2-də keçirilən iclasında millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərarın müzakirəsini aparıblar. Millət vəkili , AŞPA- dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropda irqçilik, islamafobiyanın baş alıb gedir.

"Avropda irqçilik, islamafobiyanın baş alıb gedir"

Milli Məclisin mayın 2-də keçirilən iclasında millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərarın müzakirəsini aparıblar. Millət vəkili , AŞPA- dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropda irqçilik, islamafobiyanın baş alıb gedir. Avropda müsəlman ölkələrinə qarşı ikili standarları konkret ölkələrin siyasətində,  təşkilatların bəyanatlarında görüb, hiss etmək mümkündür: "Bu problem xüsusilə də Avropda qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb.  AŞPA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada  Türkiyə,  Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki  yaz sessiyası bu münsaibətlərin pik həddinə çatmasını gösərdi.  İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbul edilməz olduğunu görmək mümkündür". S. Seyidov söyləyib ki, AŞPA-da Türkiyə ilə bağlı məruzədə  PKK terrorçu təşkilat kimi təqim olunmur: " Bu azmış kimi  ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir.  Etiraf edək ki, Türkiyənin bütün nümayəndə heyəti -həm iqtidar,  həm də müxalifət  nümayəndələri AŞPA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki,  onlar kritik məruzə ilə işləməyə hazırdılar. Onlar bəyan etdilər ki, AŞPA-nın Türkiyənin post monitorinqdən montorinqə keçirməklə  bağlı qərarı Türkiyəni Avropadan ayırmaq,  eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına  istiqamətlənən addımdır. Lakin buna baxmayaraq AŞPA iclasında Türkiyənin  nümayəndə heyətinin bəyanatları nəzərə alınmadı". Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, bu gün Türkiyə haqsız hücumlara məruz qalır. Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərar da bunun bariz nümunəsidir: "Avropanın öz dəyərlərini üstün tutduğunu deyən deputat qeyd edib ki, Türkiyəyə qarşı ədalətsiz mövqedə hansı dəyələrdən söhbət gedə bilər: "Təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur. Ancaq Türkiyə öz qapılarını bütün miqrantların üzərinə açıb, bir nəfərə belə "yox" deməyib. Əsl insani dəyərlər, qanun aliliyi və demokratiya məhz budur. Mən televiziyadan da izləyirəm, Avropada 30 dərəcə soyuq havada qaçqın qadınlar, uşaqlar küçələrdə qalırlar. Onların hamısı Qərbin yaratdığı müharibələrdən canlarını xilas etmək üçün Avropaya üz tutublar. O qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir. Suriyada müharibəni Türkiyə yaratmayıb, həmin Avropa yaradıb. Buna görə də mən burada çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Mən də Avropa Şurasının Türkiyə ilə bağlı məlum qərarını qətiyyətlə pisləyirəm".

Deputat Qənirə Paşayeva bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyəyə qarşı ədalətsiz yanaşması böyük təəssüf doğurur. Onun sözlərinə görə,  AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır: "Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir. Təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir. Tam əksinə, terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir. Amma AŞPA Ermənistana qarşı ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərmir". Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir: "Təəssüf ki, Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək".

Sonra millət vəkilləri "Turizm haqqında" yeni qanun layihəsini I oxunuşda müzakirə ediblər. Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki,  qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcək, bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaq. Regionlarda turizmin mövsumiliyi aradan qaldırılacaq. İlin bütün fəsillərində bu xidmətin göstərilməsinə imkan yaranacaq. Sərhədyanı turizm inkişaf etdirələcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycana son 3 ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Nazir bildirib ki, Strateji Yol Xərityəsinə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib: "Bu da indi öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25 faiz artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub, 30 faizi keçib. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirajk edir, dünya tv-lərində Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31