Gündəm

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

2 May 2017 17:15

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov Beydulla Qurbanovun universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuduğunu diqqətə çatdırıb.

Daşkənddə ikitərəfli görüş keçirilib

2 May 2017 17:14

Mayın 2-də Daşkənddə şəhərində Özbəkistan Respublikası Baş nazirinin birinci müavini- “Özbəkistan Dəmir Yolları” SC idarə heyətinin sədri Açılbay Ramatovla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Açılbay Ramatov nümayəndə heyətinin üzvlərini salamlayıb, əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Sabis Sun Beynəlxalq məktəbində “Açıq Qapı” günü keçirilib

2 May 2017 17:10

“Xəyal adası” müasir yaşayış kompleksində yerləşən Sabis Sun Beynəlxalq məktəbi gələcək şagirdlər və onların valideynləri üçün Açıq Qapı keçirib. Tədbirdə qonaqlara məktəb haqqında ətraflı məlumat verilib, məktəbin ərazisi və obyektləri görmək üçün şərait yaradılıb. Həmçinin qonaqlar işçi heyəti və məktəbin akademik proqramı ilə tanış olmaq imkanı əldə ediblər.

Bakı və Abşeronda qrunt sularının səviyyəsi qalxıb, ətraf əraziləri su basıb

2 May 2017 16:33

Aprel ayında Bakı və Abşeronda su basma proseslərinin dinamikasında aktivlik qeydə alınıb, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Binəqədi I mədən yaşayış sahəsinə düşən atmosfer yağıntılarının təsirindən su basma prosesi aktivləşib.

Bərzanidən kürd dövləti AÇIQLAMASI

2 May 2017 16:25

“İraqda müstəqil kürd dövlətini qurmağın vaxtı çatıb”. Bunu İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

3400 ədəd siqaretlər aşkar edilib

2 May 2017 16:17

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən, 3400 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Komitə sədri: “Heç bir deputat parlamentin adına xələl gətirməməlidir”

2 May 2017 16:16

“Mən bu qanun layihəsinin qəbul edilməsi üçün səs verəcəm. Deputat həmkarlarım burada məsələni nəzəri baxımdan əsaslandırmağa, mən isə təcrübə baxımından əsaslandırmağa çalışıram. Burada söhbət şəffaflıqdan gedir”.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcək

2 May 2017 16:15

3-5 may 2017-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaqdır. Bu barədə XİN-dən verilən məlumata görə, səfər çərçivəsində katibi Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.Görüşdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Elmar Məmmədyarov Qulam İsakzaini qəbul edib

2 May 2017 16:13

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf  Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib. XİN-dən verilən məlumata görə, Qulam İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Ərdoğan Putinlə SOÇİDƏ - Suriyanı müzakirə edəcəklər

2 May 2017 16:07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək.  R.T.Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş zamanı prezidentlər Suriyada Rakka və Mənbic şəhərlərinin İŞİD-dən azad olunması ilə bağlı əməliyyatları müzakirə edəcəklər. 

Sosial evlərə sahib olmaq istəyənlər DİQQƏT: - Təxirə salındı

2 May 2017 15:56

Sosial evlərə sahib olmaq istəyənlərin mayın 1-dən elektron müraciət edə biləcəkləri açıqlansa da, hələlik vətəndaşlar gözləmə mövqeyindədirlər. Məsələ ilə bağlı "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərəncamda olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.

Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb

2 May 2017 15:51

Mayın 2-də Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar.

Birinci Azərbaycan-Türkiyə Coğrafiya günləri

2 May 2017 15:48

Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C.Ege Üniversitesi Ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçiriləcək.

Park Cinemada yeni film

2 May 2017 15:49

Türkiyənin ən baxımlı filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən "Receb İvedik- 5" komediyası 4 maydan Park Cinema kinoteatrlar şəbəkəsində yayımlanacaq. Metropark, Park Bulvar, Flame Towers, Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışına da start verilib.