Elmar Məmmədyarov Qulam İsakzaini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib. XİN-dən verilən məlumata görə, Qulam İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
2 May 2017 16:13 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib. XİN-dən verilən məlumata görə, Qulam İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən BMT-nin Azərbaycana dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nətəcəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulmuş məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğulaıb.Görüş əsnasında UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.