“85 yaşlı teatrın 60 yaşlı aktyoru”
2 May 2017 16:14 Teatr və kinoMayın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Kukla Teatrının təşkilatçılığı ilə Kukla Teatrında əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyinə həsr olunmuş "85 yaşlı teatrın 60 yaşlı aktyoru" adlı gecə keçiriləcək. Teatrdan "Olaylar" - a bildirlib ki, teatr ictimaiyyətinin, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirak edəcəyi tədbirdə aktyorun uzunmüddətli yaradıcılıq yoluna nəzər salınacaq. Onun aktyor tərcümeyi-halını əks etdirən çarx nümayiş olunacaq.
Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun "Şəngülüm, Şüngülüm" tamaşası ilə iştirak edib və "Qızıl Dərviş" mükafatı laureatı olub. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.