Azad Hüseynovdan yeni kitab
Azərbaycan hərb tarixinin araşdırıcısı Azad Hüseynovun yeni “Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları” adlı kitabı çap olunmuşdur. Azad Hüseynovu İkinci dünya müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr etdiyi əsərləri ilə tanınır. Azad Hüseynov azərbaycanlıların və Azərbaycanın Faşizm üzərindəki qələbədə töhfəsinin öyrənilməsi üzrə səmərəli işini davam etdirərək, “Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları” adlı yeni əsərini yazıb.
2 May 2017 15:08 SosialAzərbaycan hərb tarixinin araşdırıcısı Azad Hüseynovun yeni "Azərbaycan 1941-1945: Sovet İttifaqı Qəhrəmanları" adlı kitabı çap olunmuşdur. Azad Hüseynovu İkinci dünya müharibəsi iştirakçıları olan azərbaycanlılara həsr etdiyi əsərləri ilə tanınır. Azad Hüseynov azərbaycanlıların və Azərbaycanın Faşizm üzərindəki qələbədə töhfəsinin öyrənilməsi üzrə səmərəli işini davam etdirərək, "Azərbaycan 1941-1945 . Sovet İttifaqı Qəhrəmanları" adlı yeni əsərini yazıb.
Kitab azərbaycanlıların İkinci dünya müharibəsində iştirakına həsr olunmuş "Azərbaycan 1941-1945" mövzusunda böyük layihənin davamıdır. Əvvəlki kitabda olduğu kimi, bu kitab da Rusiya Federasiyası Müdafiə Nazirliyinin arxiv sənədlərinə əsaslanmış və döyüş meydanlarında göstərdikləri qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş azərbaycanlılara həsr olunub.