Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.
2 May 2017 15:30 İdmanKişi boksçulardan ibarət Azərbaycan milli komandasının mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunları üçün heyəti müəyyənləşib. 11 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.