Gündəm

Paytaxt məktəblərinin növbəti uğuru

20 İyul 2017 10:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 10 şagirdi və 1 müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə Açıq Avropa Çempionatında uğurla çıxış edib. Təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar.

Sabah I-IV qrupların abituriyentləri üçün qəbul imtahanı keçiriləcək

20 İyul 2017 10:44

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 191 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2240 nəzarətçi-müəllim cəlb olunacaq.

Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada öldü

20 İyul 2017 10:31

Bakıda 20 gün əvvəl intihar məqsədi ilə sirkə turşusu içən şəxs xəstəxanada dünyasını dəyişib. Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Belə ki, iyunun 30-da 1955-ci il təvəllüdlü Cabir Cahangir oğlu Mehdiyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içib. O, Xəzər Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dünən orada vəfat edib.

Kürdəmirdə ZƏLZƏLƏ

20 İyul 2017 10:32

Qayınata və qayınana hamilə gəlini döydü - Bakıda

20 İyul 2017 10:29

Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib.

Türkiyədən Almaniyaya xəbərdarlıq

20 İyul 2017 10:28

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş "G20" sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər. Bu barədə "Welt" qəzeti məlumat yayıb.

Qırğızıstanda ağır yol qəzasında 8 nəfər həlak olub

20 İyul 2017 10:26

Qırğızıstanın "Bişkek-Oş" avtomobil yolunda ağır qəza baş verib. Yük avtomobili iki minik avtomobil ilə toqquşub, qəza nəticəsində 8 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

ABŞ-dan kritik Suriya QƏRARI: dəstək ləğv edilir

20 İyul 2017 10:25

ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən və Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşan müxalifləri tədris və silahla təmin edən proqramı ləğv edəcəyi açıqlanıb.

Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək

20 İyul 2017 10:20

Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək. Bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin bildirib. “Müvafiq müqavilə artıq imzalanıb. İrimiqyaslı müqavilədir. Konkret rəqəmləri səsləndirə bilmərəm”, deyə V.Kojin qeyd edib.

Qətərə embarqo qoyan dövlətlər çıxılmaz vəziyyətə düşdü

20 İyul 2017 10:18

İyunun 5-dən etibarən Qətərə embarqo tətbiq edən BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn artıq çıxılmaz vəziyyətdə qalıb.Körfəz ölkələri Doha rəhbərliyinin güclü və sarsılmaz siyasəti qarşısında çətin vəziyyətə düşüb və bu vəziyyətdən çıxmaq üçün təcili həll yolu tapmağa çalışır. Koalisiya ölkələrinin tələb etdikləri 13 maddəlik siyahı Qətər tərəfindən rədd edildikdən sonra, onlar 6 maddəlik növbəti tələb siyahısını hazırlayıblar. Lakin Qətər bu siyahını da qəbul etməyib.

"Qarabağ" məşqlərə başladı

20 İyul 2017 10:14

Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia"nı mübarizədən kənarlaşdıran "Qarabağ" növbəti mərhələnin hazırlıqlarına başlayıb. Ağdam təmsilçisi dünən bir məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanov komandaya öz bazalarında məşq keçib. "Samtredia" ilə matçda meydanda olan futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.

Səfir: "Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır"

20 İyul 2017 10:12

Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz qalır. Bu barədə  müsahibəsində Azərbaycanın Aİ-dəki daimi nümayəndəliyinin rəhbəri, Belçikadakı səfir Fuad İsgəndərov deyib.

Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir

20 İyul 2017 10:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.