Gündəm
Prezident İlham Əliyev: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır"
"Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır". Bunu Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin nəticələri
Çempionlar Liqasını 2-ci təsnifat mərhələsində daha 10 komanda bir növbəti tura yüksəlib. 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "APOEL", "Rosenborg", "Kopenhagen", "Şerif", "Ludogorets", "Maribor", "Salzburq", "Seltik", "Legiya Varşava" və "Hapoel Bir Şeva" növbəti tura keçən komandalar oldu.
Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu
ABŞ təyyarələrdə noutbuk daşınmasına qadağanı ləğv edib. Afrika və Yaxın Şərqin 9 ölkəsindən Birləşmiş Ştatlara uçan təyyarələrdə noutbuk daşınmasına qadağa bu ilin mart ayında qoyulmuşdu. Qadağanın tətbiq olunduğu sonuncu aviaşirkət "Saudi Arabian Airlines" olub. Yaxın vaxtlarda amerikalı mütəxəssislər Səudiyyə Ərəbistanına səfər edərək, uçuşların təhlükəsizliyi ilə bağlı Vaşinqtonun tələblərini ölkənin necə yerinə yetirməsini yerindəcə yoxlayacaq.
Los Ancelesdə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitab nəşr olunub
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabça nəşr olunub.
Meksikalı rəssamın sərgisi
“İçərişəhər”də yerləşən “Art Tover” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kaloya həsr edilmiş rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib. “Arts Council Azerbaijan” - dan "Olaylar" -a bildirib ki, sərgi çərçivəsində qonaqlar ekspozisiyada yer alan 30-dək sənət əsəri vasitəsi ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri - Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış ola bilərlər.
Bu yazıçılara mənzil verildi - SİYAHI
Dünyasını dəyişmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olunub
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunanlar arasında 19 jurnalist cütlüyünün ailəsi var. Mənzillə təmin olunanlardan 19 ailənin hər iki başçısı mətbuat nümayəndəsidir və hazırda KİV-də çalışır. Bundan başqa, dünyasını dəyişmiş 4 jurnalistin ailəsi də yeni binada mənzillə təmin olunub.
5,6 bal gücündə zəlzələ
Yaponiyanın şimal-şərq bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sakit okeanda,Fukusima prefekturası yaxınlığında, ocağı isə 40 km dərinlikdə yerləşib. Zəlzələ ölkənin 17 prefekturasında hiss olunub.
Azərbaycanlıların yaşayan bölgədə VİRUS TƏHLÜKƏSİ
Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda “Denqe” virusu qeydə alınıb. Təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb. Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.
Parlament qarşısında toqquşma
Moldovanın paytaxtı Kişinyovda parlament qarşısında seçki sisteminə qarşı etiraz edənlər və polis arasında toqquşma baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.
4 uşaq həlak oldu
Rusiyanın Kursk vilayətində ağır yol qəzası baş verib. Hadisə vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. “Peugeot” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.
Silahlı insident
Bu gecə Ukraynanın paytaxtı Kiyevdə ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə “Prospekt” ticarət mərkəzinin qarşısındakı avtomobil dayanacağında qeydə alınıb. Naməlum şəxslər təxminən 40-45 yaşlı kişini avtomat silahdan atəş açaraq qətlə yetiriblər. Cinayətkarlar silahı hadisə yerində qoyub qaçıblar.
Yeni “ağıllı” bilərziklər nümayiş olunub
“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar ürək döyüntüsünü, sürət, məsafə və istiqaməti ölçmək imkanına malik “FitBit” qurğularının tipik rəqibi hesab olunur.
“Google Glass” eynəyi yenidən satışa çıxarılıb
"Google" sahibi "Alphabet" şirkəti "ağıllı" "Google Glass" eynəyinin yeni versiyasını nümayiş etdirib.
“Android” smartfonlar bazarında liderliyini davam etdirir
“IDC” analitik şirkəti 2017-ci ilin birinci rübü üçün smartfonlar bazarının vəziyyətinə həsr edilən yeni hesabat dərc edib. Hesabat dövrünün yekunlarına görə, 2017-ci ildə “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 85 faizə çatıb, “iOS” sistemli qurğuların isə 14,7 faizədək azalıb.













