Gündəm
AMEA-dakı mənzil problemi ilə bağlı açıqlama
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində mənzil məsələsi ilə bağlı narazı olan bir qrup vətəndaşla görüş keçirilib. Müraciət edən vətəndaşların sualları cavablandırılıb, qaranlıq məqamlara aydınlıq gətirilib.
11209 tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, onlardan 1 089 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Sosial xidmətlərlə təmin olunanlardan 11 209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə DSMF-nın yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir.
"Qarabağ tam boşalıb" - Rus ekspertdən ŞOK AÇIQLAMA
"Rusiyada saray çevrilişi mümkün deyil". Bunu Ukraynanın "Fraza" saytına müsahibəsində rusiyalı məşhur iqtisadçı Dmitri Nekrasov söyləyib.
“Dünkirk” təqdim olunacaq
Rejisssor Kristofer Nolanın “Dünkirk” epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olub ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilib. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkib və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlib. Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq.
Rusiya yüzlərlə T-90 tankını hara göndərir?
Rusiya dünyanın ən güclü tankı hesab olunan T-90 tanklarının böyük partiyasını İraqa göndərir. İki ölkə arasında T-90 tanklarının böyük partiysının alqı-satqısına dair müqavilə bağlayıb. Məlumatı jurnalistlərə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin açıqlayıb. "Böyük partiya tanklarının satışına dair sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür"-Kojin bildirib.
Türkiyədən Ukraynada yaranmış yeni dövlət haqqında AÇIQLAMA: “Dəstəkləyəcəyik”
Türkiyə Xarici İşlər Nazirliyinin spikeri Hüseyn Müftioğlu Ukraynanın şərqində separatçı qüvvələrin yeni dövlət qurması qərarına Türkiyənin mövqeyini açıqlayıb. Spiker məsələ barədə sərt çıxışlar edib və yeni dövlət yaradılmasını Ukrayna torpaqlarının bütövlüyünün pozulması kim qəbul edib.
Şir 10 yaşlı qızı parçaladı
Zimbabvedə şir 10 yaşlı qızı parçalayıb. 10 yaşlı qız çöldə təbii ehtiyacını ödəyərkən parçalanıb. Hadisənin şahidi olan qızın xalası dəhşətə gəlib. Onun dediyinə görə, şir qızın cəsədini 300 metr sürüyüb.
Bakıda rəisin oğlunun "Porsche" ilə üstündən keçdiyi şəxs kimdir?
İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində "Porsche Cayenne" markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib.
Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoyub
Bu gün Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.
Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi: qadından ərinə qarşı qandonduran əməl
Ənənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahlıqla və digər məziyyətlərlə assosiasiya olunur. Amma tarixdə xeyli hal var ki, qadınlar özlərini əsl bədxahlar kimi göstəriblər, öz ərlərini ya qətlə yetiriblər, ya da onlara qarşı xüsusi amansızlıqla yadda qalıblar.
Multikulturalizm Mərkəzində növbəti treninq
Tomas Müller klubunu dəyişə bilər
“Bavariya”nın hücumçusu Tomas Müller tezliklə klubunu dəyişə bilər. Avropanın bir sıra nəhəng klubları onun xidmətində maraqlıdır. Xüsusən də “Liverpul”, “Çelsi”, “Arsenal” və “Yuventus” Almaniya yığmasının üzvünü heyətində görmək istəyir.
Valeriya Məmmədova: "Hər bir oyunçunun məqsədi olmalıdır"
Avropa Çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qubadakı təlim-məşq toplanışı davam edir. Komandamızın aparıcı oyunçularından olan Valeriya Məmmədova hazırlıq prosesindən danışıb.
Politoloq: “Həmsədrlər dinc tənzimlənmənin matəm musiqisini yazmaqla məşğuldurlar”
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin destruktiv fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ən böyük maneəsidir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
İki ölkə arasında müharibə yenidən alovlandı: ölənlər var
Hindistan ordusu ilə Pakistan ordusu arasında arasında Kəşmir nəzarət xətti üzərində silahli insident yaşanıb. İnsident nəticəsində 1-i əsgər olmaqla, 3 pakistanlı həlak olub, 7 nəfər yaralanıb. Hindistan ordusu isə 5 əsgərini itirib. Pakistan ordusunun hücumu nəticəsində Hindistanın bir nəzarət mərkəzi məhv edilib.














