Gündəm

Rusiya ilə İraq arasında 1 milyardlıq SİLAH RAZILAŞMASI

20 İyul 2017 12:39

Rusiya Prezidenti Vladimir Putinin hərbi və texniki işlər üzrə köməkçisi Vladimir Kojin İraqa “T-90” tanklarının göndərilməsi ilə bağlı açıqlama verib.  Kojin Rusiya İraq arasında qarşılıqlı razılaşmanın artıq imzalandığını bəyan edib.

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib

20 İyul 2017 12:37

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.  255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.

"Bu əməliyyat qəbuledilməzdir" - Mircəlal Kazımi AÇIQLADI

20 İyul 2017 12:30

“Qara transplantologiya bütün dünyada var. Lakin bu vaxta qədər qara transplantasiyanın qurbanı olan şəxslərlə şəxsən qarşılaşmamışam”. Bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi jurnalistlərə açıqlamasında deyib.

Olimpiya çempionu qəza törətdi

20 İyul 2017 12:26

Həndbol üzrə olimpiya çempionu avtomobili ilə ana və oğlunu vurub.Məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı “Honda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.

Kənddə yoxa çıxan 3 yaşlı uşaq 7 gün sonra tapıldı

20 İyul 2017 12:21

Düz bir həftə əvvəl minlərlə polis, xilasedici, könüllü və çağırışçı Lipetsk vilayətində itkin düşmüş 3 yaşlı oğlanın axtarışlarına cəlb olundu. Axtarışlar acı da olsa nəticəsini verdi.

Türkiyədən SƏRT REAKSİYA: “Almaniya həddini aşır”

20 İyul 2017 12:16

Türkiyə ilə Almaniya arasında “Böyükada” böhranı getdikcə dərinləşir. Almaniyanın Böyükada toplantısında çıxış edən alman vətəndaşı, insan hüquqları müdafiəçisi Peter Steudtnerin həbs edilməsinə etiraz etməsi və bununla bağlı olaraq Türkiyə səfirinin Xarici İşlər Nazirliyinə çağırılması Türkiyə rəhbərliyini hiddətləndirib. Almaniya Xarici İşlər Nazirliyinin spikeri və federal hökumətin açıqlamalarında diplomatik nəzakətsizlik sərgilənib və spiker Türkiyəyə qarşı həddini aşan ifadələr işlədib.

Səudiyyə Ərəbistanından gözlənilməz QƏRAR: qısa ətəkli qadın azadlıqda

20 İyul 2017 12:14

Səudiyyə polisi qısa ətək və kofta geyinərək ictimai yerdə gəzən və bu görüntüləri internetdə yerləşdirmiş gənc qadını sərbəst buraxıb. "Khulood" adlı model, Ushayqir ərazisində tarixi qalada gəzintidə olarkən çəkilmiş video görüntülərini paylaşaraq bütün dünyanın diqqətini cəlb etmişdi.

Şahin Mustafayev Xırdalanda qəbul keçirəcək

20 İyul 2017 12:08

İyulun 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.

Mübariz Qurbanlı cənub zonasında vətəndaşları qəbul edəcək

20 İyul 2017 12:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Lerik şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edəcək. Qəbul Lerik rayonu Mədəniyyət Mərkəzində baş tutacaq.

Binəqədi rayonunda yaşıllıqlar məhv edilir

20 İyul 2017 12:05

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küç. 91 saylı binanın ətrafında yaşıllıqlar məhv edilir. Bu barədə “OLAYLAR”-a məlumat verən həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, binanın ətrafındakı yaşıllıqlar məhz edilərək yerində obyekt inşa olunur. Sakinlər iddia edirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara edilən müraciətlərə baxmayaraq hələ də heç bir cavabdeh qurum hər hansı tədbir görməyib.

Alvaro Morata: "Real"a yenidən qayıdacağımı düşünmürəm" 

20 İyul 2017 12:01

"Real Madrid"in hücumçusu Alvaro Morata karyerasını "Çelsi"də davam etdirəcək. "Zadəganlar" ispaniyalı forvardı 80 milyon avro qarşılığında heyətinə qatacaq. Morata London klubuna transferinə dair bunları deyib: "Çox sevinirəm. Tez bir zamanda "Çelsi"də olacağam. Bu klub məni həmişə heyran edib. "Real"a yenidən qayıdacağımı düşünmürəm. Bu, çətin məsələdir. Aydın məqsədim vardı.

Lapşin 3 il azadlıqdan məhrum edildi

20 İyul 2017 11:52

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrim edilib.

Lənkəranda DƏHŞƏTLİ HADİSƏ: 5 nəfəri öldürdü, 5-ni ölümcül YARALADI, amma...

20 İyul 2017 11:44

Ötən ilin sentyabrında 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Türkiyədə daha bir TRANSFER BOMBASI

20 İyul 2017 11:39

Daha bir məşhur futbolçu Türkiyəyə gələ bilər. "Antalyaspor" "Arsenal"lı Jak Uilşereyə elçi düşüb. "10 nömrə" axtarışında olan Super Liqa klubu "Milan"dan Joze Sosa və "Sevilya"dan Ever Baneqadan sonra Uilşere ilə danışıqlara start verib. İngilis ulduzun Türkiyəyə gəlmək ehtimalı yüksəkdi.

Azərbaycanda ardıcıl ikinci ZƏLZƏLƏ

20 İyul 2017 11:36

İyulun 20-də Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də qeydə alınıb. Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.