Gündəm

Dənizdə batan şəxsin cəsədi tapılıb

21 Avqust 2017 15:43

20.08.2017-ci il tarixində dənizdə batmış şəxsn cəsədi çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb. Sudan çıxarılab cəsəd və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.

166 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

21 Avqust 2017 15:42

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, bBunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Aydın Əliyev Göycayda vətəndaşları qəbul edəcək

21 Avqust 2017 15:41

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev avqustun25-də saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Prezidenti: "Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir"

21 Avqust 2017 15:38

Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir. Bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.

Prezident İlham Əliyev: "Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur"

21 Avqust 2017 15:35

Azərbaycanın bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Bunu Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident İlham Əliyev Vilyam Hacıyevi ordenlə təltif etdi

21 Avqust 2017 15:33

Prezident İlham Əliyev V.F.Hacıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Ölkədə internetin geniş yayılması məlumat azadlığının göstəricisidir

21 Avqust 2017 15:32

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Söz və fikir azadlığının prioritet elan edən Azərbaycan hökuməti hazırda da  demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir. Məhz bu məqsədlə ölkədə sürətli, genişzolaqlı internet imkanları yaradılır.

Erməni zabitin çənəsini güllə dağıtdı

21 Avqust 2017 15:29

Ermənistan ordusunun Mehridə yerləşən hərbi hissələrdən birində kapitan rütbəli hərbçinin meyiti tapılıb. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan məlumat yayıb.

Azərbaycanda öz maşınına bu elanı yazanlar cərimələnəcək - 50-2000 AZN

21 Avqust 2017 15:27

"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib".

İ.Serageldin: “Bakı forumunda gənc liderlər bir araya gələrək bütün məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar”

21 Avqust 2017 15:25

Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin tədbirin əhəmiyyətini vurğulayıb, bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq

21 Avqust 2017 15:24

“Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə pilitoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu Ruisyanın Xabarovsk şəhərində yaşayan pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürüb: “İkili restoranın həyətində dava edib.

Dilənçiliklə məşğul olan 11 nəfər saxlanıb

21 Avqust 2017 15:22

Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanılan şəxslər barədə müvafiq tədbir görülüb.

Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb

21 Avqust 2017 15:21

Bakı şəhərində bıçaqlama hadisəsi qeydə alınıb. Şəhər sakininə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən R.Məmmədrzayev tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 19-da Bakı şəhər sakini Kənan Mikayılova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Rza Məmmədrzayev Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Kürdlərin müstəqillik referendumu ertələnə bilər

21 Avqust 2017 15:20

İraqın regional Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumu ertələnə bilər. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırda Bağdad-Ərbil və Bağdad-Vaşinqton arasında konfedensial ciddi diplomatik danışıqlar gedir: “ABŞ-ın dövlət katibi Tillerson muxtariyyətin başçısı Barzani ilə telefon danışığında referendumun təxirə salınmasını xahiş edib.

Qazaxıstan sərhədçiləri azərbaycanlıya məxsus 2 milyonluq qaçaqmal tutdu

21 Avqust 2017 15:11

Qazaxıstanda, hava limanında azərbaycanlıya məxsus 2 milyon dollar dəyərində qaçaqmal aşkarlanıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.