Kürdlərin müstəqillik referendumu ertələnə bilər

İraqın regional Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumu ertələnə bilər. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırda Bağdad-Ərbil və Bağdad-Vaşinqton arasında konfedensial ciddi diplomatik danışıqlar gedir: “ABŞ-ın dövlət katibi Tillerson muxtariyyətin başçısı Barzani ilə telefon danışığında referendumun təxirə salınmasını xahiş edib.

İraqın regional Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumu ertələnə bilər. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, hazırda Bağdad-Ərbil və Bağdad-Vaşinqton arasında konfedensial ciddi diplomatik danışıqlar gedir: "ABŞ-ın dövlət katibi Tillerson muxtariyyətin başçısı Barzani ilə telefon danışığında referendumun təxirə salınmasını xahiş edib. Çox güman ki, ABŞ İraqda vəziyyətin daha da mürəkkəb olacağından irəli gələrək, hələlik referendumu ertələmək niyyətindədir. Amma Şimali İraqda referendum planı ABŞ-ın regionda strateji planıdır. Buna baxmayaraq, Barzani nə qədər referendumda israr etsə də, ABŞ-ın sözündən heç vaxt çıxa bilməz". Məhəmməd Əsədullazadə deyib ki, Ərbillə mərkəzi hökumət arasında bir sıra şərtlər altında danışıqlar gedir: "Burada əsasən kürdlərə imtiyazların tanınması və mübahisəli bəzi əraziləri muxtariyyətin idarəsinə verməkdə daxildir. Bağdad hakimiyyəti kürdlərin tələblərin yerinə yetirsə, kürdlər daha da güclənəcək və gələcəkdə müstəqillik referendumunu daha da rahat keçirə bilər. Hazırda isə, nəzərdə tutulan referendum daha ciddi problemlərə yol aça bilər. İraq hakimiyyəti ölkənin suverenliyi üçün kürdlərin şərtlərini qəbul edə bilər. ABŞ məhz İraqda, İranın təsirini zəiflətmək üçün regional muxtariyyətin təzyiqlərindən Bağdada qarşı gələcəkdə istifadə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31