Gündəm

Çikaqoda silahlı hücumlar

21 Avqust 2017 16:32

Həftənin sonunda ABŞ-ın Çikaqo şəhərində silahlı hücumlar zamanı  8 nəfər həlak olub. “Olaylar” bildirir ki, ABŞ ö ın cinayət paytaxtı kimi tanınan Çikaqonun cənub hissəsində silahlı hücum zamanı 54 nəfər yaralanıb.

Mağazadan pul və velosiped oğurlayanlar ələ keçiblər

21 Avqust 2017 16:22

Qəbələ rayonunun Zarağan kəndi ərazisindəki mağazalardan birindən pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-nə keçən gecə Zarağan kəndi ərazisindəki mağazalardan birindən 80 manat pul və 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Vurğun Həsənov və Orxan Hacıyev tutulublar.

250 nəfər həlak oldu – 400 min insan evlərindən didərgin düşdü

21 Avqust 2017 16:23

Hindistanın şərq hissəsində ən azı 250 nəfər həlak oldu. “Olaylar” bildirir ki, Hindistanın  Bihar əyalətində sel daşqınları nəticəsində ən az 400 min insan evlərindən didərgin düşüb. Ötən ay güclü yağəşların səbəb olduğu daşqınlar zamanı 120 nəfər həlak olmuşdu.

Soyğunçuluqda şübhəli bilinən yeniyetmə tutulub

21 Avqust 2017 16:21

Bakı şəhər sakininin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən yeniyetmə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə cari il iyunun 18-də Bakı şəhər sakini Nərminə Hüseynovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan yeniyetmə şəhər ərazisində tutulub.

“Ford”un vurduğu piyada xəstəxanada keçinib

21 Avqust 2017 16:20

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

YAP-dan seçki xəbərdarlığı

21 Avqust 2017 16:18

“Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır”. Bunu millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib:  “Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir.

"Park Bulvar"da gənc oğlan sevgilisinə sürpriz evlilik təklifi etdi - VİDEO

21 Avqust 2017 16:17

Bakıda gənc oğlan sevgilisinə maraqlı evlənmə təklifi edib.   "Park Bulvar"da Pərviz adlı gənc sevdiyi Şəhla adlı xanıma hər kəsin önündə sürpriz edib. Belə ki, gənc oğlan sevdiyi xanıma diz çökərək evlilik təklifi edib. Aşağı mərtəbədə isə bir qrup gənc "Mənimlə evlənərsənmi?" yazılmış kağızlarla oğlana köməklik edib.

Barselonada sahibsiz paket terror qorxusu yaşatdı

21 Avqust 2017 16:13

Barselonada daha bir terror həyacanı yaşanılıb. “Olaylar” bildirir ki, şəhər avtobuslarının birində sahibsiz paket insanlara qorxu dolu anlar yaşadıb. Hadisə yerinə  polis golub ki, paketdə heç birpartlayıçı qurğu yoxdu.

Dövlət Komitəsinin əməkdaşı Malayziyada təlimdə iştirak edib   

21 Avqust 2017 16:11

Malayziyanın paytaxtı  Kuala Lumpur şəhərində bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi və “Taha Alam” təşkilatının təşkilatçılığı ilə “Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, təlimdə komitənin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov iştirak edib. Təlimə Azərbaycanla yanaşı Banqladeş, Bruney, Fici adaları, Filippin, Myanmar, Maldiv adaları, Vyetnam, Qana, Pakistan İslam Respublikası və Şri-Lanka kimi ölkələrdən ümumilikdə 15 nəfər qatılıb.

Həqiqətlərimizin yayılmasında aydınların rolu mövzusunda konfrans keçiriləcək 

21 Avqust 2017 16:10

Bakıda “Kırkşəhirdən Qarabağa könül körpüsü, həqiqətlərimizin yayılmasında aydınların rolu” mövzusunda konfrans keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, konfrans avquistun 23-də Bakı Atatürk Mərkəzində baş tutacaq.

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

21 Avqust 2017 16:09

Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində keçirilən təlimə aparıcı informasiya agentlikləri, qəzet və xəbər saytlarının əməkdaşları qatılıb. Təlimdə  Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi də iştirak edib. “Olaylar” xəbər verir ki, giriş sözündə Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, təlimin keçirilməsində məqsəd Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, bundan irəli gələn və  ölkəmizdə həyata keçirilən islahatlar, Açıq Hökumət Platformasının fəaliyyəti barədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır. Platforma koordinatoru əlavə edib ki, “AHT Platforması fəaliyyətdə” layihəsi Avrasiya Əməkdaşlıq Fondunun Niderland  Xarici İşlər  Nazirliyinin dəstəyi ilə icra etdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan ruhu Monenin vətənində

21 Avqust 2017 15:55

Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi diqqət mərkəzində olub. 17-27 avqust tarixlərində keçirilən sözügedən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi tərəfindən dəstəklənib. Cəmiyyətdən “Olaylar” – a bildirilib ki, Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, şərq və şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə həmçinin yetmiş yaşını qeyd edən Dünyaca məhşur Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğam Sayağı" adlı əsəri ifa edilib.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

21 Avqust 2017 15:47

Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Xidmətdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə etmişlər.

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək

21 Avqust 2017 15:46

Baş prokuror Zakir Qaralov cari il avqustun 25-də saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluqdan verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib

21 Avqust 2017 15:45

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının səmərəli məşğulluğunun təminatı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.