Gündəm

"Neftçi" Elşən Əhmədova tapşırılıb

21 Avqust 2017 17:29

"Neftçi"ni "Kəpəz"lə oyuna Elşad Əhmədov hazırlaşdıracaq. "Neftçi” Premyer Liqanın III turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək. Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Britaniyalılar "Biq Ben"lə vidalaşdılar - 4 illik

21 Avqust 2017 17:25

Yüzlərlə insan "Biq Ben" saatının zəngini sonuncu dəfə eşitmək üçün Londonda parlament meydanına toplaşıb. Saat qülləsi bu gündən 4 illik təmirə bağlanır.

Putin ABŞ-a yeni səfir təyin etdi

21 Avqust 2017 17:13

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib.

Poroşenko: “Rusiya ilə müharibə təkcə qoşunların gəlməsi deyil...”

21 Avqust 2017 17:12

“Ukraynanın müstəqilliyinin 26-cı ili onunla əlamətdar oldu ki, ölkə Rusiya ilə hibrid müharibənin yaratdığı dərin böhranın öhdəsindən gəldi”.

Nazirlik: Dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

21 Avqust 2017 17:05

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək. Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: “Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.

Bakıda 40 günlük körpəyə sahib çıxan tapılmır - VİDEO

21 Avqust 2017 16:57

Respublika Perinatal Mərkəzində 40 günlük körpə tərk edilib.  Oxuculardan biri körpənin anasının doğuş zamanı öldüyünü bildirib.  İddiaya görə, oğlan uşağı olan körpə xəstəxanada 40 gündən çoxdur ki, qalır. Atası isə uşağını xəstəxanadan götürmür. Məsələni dəqiqləşdirmək üçün Perinatal Mərkəzə yollandıq. Xəstəxanadan bildiriblər ki, doğuş zamanı uşağın anası həqiqətən də ölüb. Xəstəxanadan bildirilib ki, uşağın anasına əvvəl dəfələrlə xəbərdarlıq olunub ki, ana olmaq onun həyatı üçün təhlükəlidir. 

Rusiya səfirliyinin avtomobili “Mersedes”lə toqquşdu

21 Avqust 2017 16:49

Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

21 Avqust 2017 16:47

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Oqtay Bayramov məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək”.

Artıq qərar verildi – Yeni mövsüm, fərqli format

21 Avqust 2017 16:48

Türkiyə Radyo və Televiziya qrumu artıq uzun zamandır ki, evlilik verlişləri haqqında gözlənilən qərarı Verdi. “Olaylar” bildirir ki, Türkiyədə bir çox insanlar bu formatda verlişlərin yayımlanmasına etirsz etmişdi.

Vitse-admiral Şahin Sultanovun məhkəməsinin vaxtı bilindi

21 Avqust 2017 16:45

Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və təqsirləndirilən digər 27 nəfərin Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub.

Bişkekdə Bakıdakı forumdan yazdılar

21 Avqust 2017 16:42

Bişkekdəki turktoday.info saytı avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə işə başlayan Qlobal Gənc Liderlər Forumu haqqında “Azərtac”ın materiallarını yayımlayıb.

Rusiyada güclü yanğın: əhali təxliyə olunur

21 Avqust 2017 16:35

Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib. Yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir.

Prezident İlham Əliyev: "Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq"

21 Avqust 2017 16:33

"Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq". Bunu avqustun 20-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib. Dövlətimizin başçısı xalçaçıları xalça fabrikinin açılışı münasibətilə təbrik edib: "Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.

“Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı”

21 Avqust 2017 16:32

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinqin K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir keçirildi.