Gündəm

Məşhur cütlüyün ikinci övladı dünyaya gəldi

21 Avqust 2017 18:19

38 yaşlı aktrisa Rouz Birnlə 47 yaşlı aktyor Bobbi Kannavalenin ikinci övladı dünyaya gəlib.  Aktrisa cütlük hələlik bu barədə heç bir açıqlama verməsə də, hələ bir neçə ay əvvəl ana olmaq haqda duyğularını belə dilə gətirmişdi:  "Bir qədər yorulmuşam, amma çox xoşbəxtəm! Hamiləsənsə, ətrafdakılar sənə daha çox qayğı ilə yanaşır. Bu, möhtəşəmdir!". 

Günəş tutulması insan sağlamlığına necə təsir edir? - MƏSLƏHƏTLƏR

21 Avqust 2017 18:17

Bu gün Günəş tutulması baş verəcək.  Müxtəlif ölkələrdə aparılmış elmi araşdırmalar Günəş tutulmasının insan sağlamlığına olan güclü təsirini göstərib. Belə ki, rus alimlərinin araşdırmasında iştirak edən ürək-damar sistemi xəstəlikləri olan insanların 70 %-də Günəş tutulması başlayandan 1 saat sonra arterial təzyiq artıb, damarlar daralıb, beyinin qanla təchiz olunması pozulub. Statistika göstərir ki, Günəş tutulması günü, ondan 1-2 gün əvvəl və sonra ürək tutması, infarkt və insult kimi pozulmaların sayı artır.

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib

21 Avqust 2017 18:07

Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Samuxda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

21 Avqust 2017 18:05

Prezident İlham Əliyev Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Göygöldə abadlıq-quruculuq işləri üçün 3 milyon manat ayrıldı

21 Avqust 2017 18:03

Prezident İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan jurnalistləri "İlham Əliyevin dostları" səhifəsi yaradıblar

21 Avqust 2017 18:01

Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüsə imza atıb. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. Mətbuat Şurasından  verilən məlumata görə, "Facebook" və "Instagram"da, eyni zamanda, "Twitterdə"ki hesabda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlət başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir. Səhifələrin əsas məqsədi Azərbaycan Prezidentinin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.

İntellektual səviyyələri yüksək olan məşhurlar – SİYAHI

21 Avqust 2017 17:56

“Cevapsız Çınlama” mahnısı ilə adını geniş bir kütləyə yayan, son zamanlar “Sen Olsan Bari” mahnısı ilə zirvədə yer tutan Aleyna Tilki 4 yaşında ailəsinin zəka səviyyəsini ölçdürdüyünü və üyüksək çıxdığını açıqlayıb. Aleyna Tilki son testlərdən sonra İQ səviyyəsinin 140 olduğunu deyib.

"Retro Bakı" - da bu həftə kimlər oldu?

21 Avqust 2017 17:52

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə “Retro Bakı” konsertləri baş tutub. Baş İdarədən "Olaylar" - a bildirilib ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, “Tin uşaqları” qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl, Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və “Renessans” qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konserti izləyən paytaxt sakinləri və turistlər rəngarəng musiqi sədaları altında rəqs ediblər.

Eks nazir İstanbulda vəfat etdi

21 Avqust 2017 17:49

1999 – cu ildə  Kosovo baş naziri olan və Kosovanın ilk baş naziri kimi  tarixə düşən  Bayram Rəcəb  İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. "Olaylar" bildiri ki, Kosovada beyin qanaması keçirən və bir müddət əvvəl Türkiyəyə müalicə alan  nazir vəfat edib.  Bayram Rəcəbin cənazənin Kosovaya aparılacağı bildirilir.

Ermənistanda külli miqdarda rüşvət alan hakim barəsində cinayət işi başlanıb

21 Avqust 2017 17:40

rmənistanda Xüsusi İstintaq Xidməti külli miqdarda rüşvət almaqda təqsirləndirilən hakim barəsində cinayət işi başlayıb. A.S. adlı şəxs istintaqa bildirib ki, 2005-ci ildə atasına məxsus ev və torpaq sahəsinin satışı ilə bağlı rəsmiləşdirmə zamanı səhvə yol verilib. Onlar bununla əlaqədar məhkəməyə müraciət etsələr də, məhkəmə şikayəti təmin etməyib. Atasının sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışının vasitəçiliyi ilə İnzibati Məhkəmənin hakimi ilə danışıqlar aparılıb, tərəflər rüşvət qarşılığında məsələnin həlli barədə razılığa gəliblər. Bu məqsədlə onlar vasitəçiyə 10 min dollar veriblər. Vasitəçi isə 3 min dolları özünə götürüb, qalanını isə hakimə verib.

Dələduz müəlliməyə hökm oxundu

21 Avqust 2017 17:38

Dələduzluqda təqsirləndirilən 276 saylı məktəb-liseyin müəlliməsi Validə Əsədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Validə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook-un xəbər lenti yeniləndi

21 Avqust 2017 17:34

Facebook dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər. 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır.

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?

21 Avqust 2017 17:35

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə  bağlı 4 aprel 2017 tarixinində beynəlxalq təşkilatlara müraciət etmişdi.

Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri gün ərzində elan olunacaq

21 Avqust 2017 17:30

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraicət edib. DİM-dən  verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.