Facebook-un xəbər lenti yeniləndi

Facebook dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər. 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır.

Facebook dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər. 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır. Ancaq bu dəyişikliklər Facebook istifadəçiləri tərəfindən çox vaxt mənfi qiymətləndirilir.   Son olaraq tərtibatçılar parlaqlığı və mətnin şriftini yaxşılaşdıran yenilənmə aparıblar. Bu, istifadəçilərin xəbərləri daha asanlıqla oxumasına və gözlərinin daha gec yorulmasına şərait yaradacaq. Təkcə mətn deyil, "like" hissəsi də böyüdülüb.
İstifadəçilərin gözlədikləri əsas yenilənmələrdən biri isə profil fotolarının görünüşüdür. Bundan sonra onlar dairəvi olacaq. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31