Stubb: Avropa Rusiya ilə birbaşa danışıqlardan yayınmaqla məsuliyyətsizlik edir- ÖZƏL
10:18 SiyasətFinlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə birbaşa danışıqlar aparmaqdan yayınmasını məsuliyyətsiz yanaşma kimi qiymətləndirib. O bildirib ki, Avropa Rusiya ilə münasibətlərin tənzimlənməsini ABŞ-ın üzərinə qoymaq əvəzinə, bu prosesdə özü də fəal iştirak etməlidir.
Olaylar.az xəbər verir ki, Stubb bu barədə Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, Avropa uzun müddətdir Rusiya ilə əlaqələri ABŞ-a həvalə edir və bu, məsuliyyətsiz davranışdır.
Finlandiya Prezidenti hesab edir ki, Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinə birbaşa müraciət etməli və danışıqlardan çəkinməməlidirlər.
O, həmçinin Avropa rəhbərlərini mövcud reallıqları nəzərə almağa çağırıb. Stubb vurğulayıb ki, Rusiyanın razılığı olmadan hər hansı razılaşmanın əldə edilməsi mümkün deyil.