Gündəm
Pivə haqqında bilmədiyimiz 5 FAKT
Dahi Nizaminin belə bir kəlamı var: "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da". Publika.az xəbər verir ki, tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir?
Çiçəklər insan beynini müalicə edir
Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.
Uşaqlarınıza ayaqqabı alarkən bunlara DİQQƏT EDİN- FRANSIZ PEDİATRDAN XƏBƏRDARLIQ
Bu gün şəhərimizin uşaq mağazalarında satılan keyfiyyətli ayaqqabıların çoxu ortopedik funksiya daşıyır. Övladının sağlam inkişafını hərşeydən üstün tutan valideynlər isə körpəsinin ilk addımlarında bu tip ayaqqabılara üstünlük verir. Bəs uşaqlara ortopedik ayaqqabı geyindirmək nə dərəcədə doğrudur? Ümumiyyətlə, buna ehtiyac varmı? Balacalarımıza ayaqqabı alarkən nələrə önəm verməliyik?
Həkimlər XƏBƏRDARLIQ etdi - Soyuq su içməyin, əks halda...
Həkimlər isti yay günlərində ürək və təzyiq xəstələrinə xəbərdarlıq edib. Havaların isti keçməsi ən çox ürəyində problem olanlara pis təsir edir. İsti havalarda orqanizm daha çox tərləyir və bədən temperaturu aşağı düşür. Tərləmə zamanı dəridəki damarlarda genişlənmələr olur. Bu genişlənmələr də ürək çatışmazlığı olan xəstələrdə həyati orqanlara gedən qan miqdarının azalmasına səbəb olur.
İstirahətdən gəlmisiz, amma yenə də özünüzü tükənmiş hiss edirsiz? - 8 addımda həyata yenidən başlayın
İl boyu səbirsizliklə gözlədiyiniz yay tətilinə çıxdınız. Amma yenə əzgin və yorğunsuz, elə bil heç istirahət etməmisiz. Səhərləri işə zorla gedirsiz. Özünüzü fiziki və zehni yorğun hiss edirsiz. Bütün bunların səbəbi tükənmişlik sindromudur.
“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb
ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.
“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib
Avqustun 21-də bir gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransda müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.
“Microsoft” danışığın tanınması dəqiqliyi üzrə yeni rekorda imza atıb
“Microsoft” şirkəti danışığın tanınması sisteminin işindəki səhvləri 5,1%-dək azaldıb. Bu yeni rekorddur, əvvəlki göstərici 5,9%-ə bərabər idi. "Yeni texnologiya danışığı peşəkar transkribatorlar (audi və video materialların mətnə tərcümə edən şəxslər) kimi tanıyır" – şirkətin bloqunda deyilir. “Microsoft Artificial Intelligence” bölməsinin mütəxəssisləri yoxlamalar üçün “Switchboard” yazılarından istifadə ediblər. Bu naməlum insanlar arasında müxtəlif mövzular üzrə 2400 telefon danışığından ibarət kolleksiyadır.
Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?
“Windows” sisteminin yeni versiyalarında təhlükəsizlik tədbirlərinin daima təkmilləşdirilməsinə baxmayaraq, antivirus proqram təminatının ən aktual versiyasının mövcudluğu hələ də məcburi şərt olaraq qalır. Bununla belə, “Microsoft”un statistikasına əsasən, çoxlu sayda istifadəçi öz kompüterinə antivirus proqram təminatı quraşdırmır.
Rostovda fövqəladə vəziyyət elan edilib
Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".
Qorxunc fəlakət — 800-dən çox ölən var
Cənubi Asiya ölkələri-Hindistan, Nepal və Banqladeşdə musson yağışları tüğyan edir. Leysan yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Üçölkədə 1 milyondan çox insan evsiz qalıb.
Olduqları yerdə bütün canlıları məhv edirlər – BU BALIĞIN QƏRİBƏ XÜSUSİYYƏTLƏRİ
Vətəni Qızıl dəniz olan aslan balıqları, son dərəcə qəribə balıq növlərindəndir. Adıçəkilən balığın bilmədiyiniz qəribə özəllikləri ilə bağlı sizə məlumat veririk. Bildirək ki, onların aslan yalına bənzər üzgəcləri var. Bu balıqlar olduqları yerdə bütün digər canlıları yox edirlər. Alimlər bildirir ki, onlrın yaşadığı bölgələrdə ya onlar olmalıdır, ya da digər növlər həyatını davam etdirə bilərlər. Aslan balığı çox yaxşı kamufilaj olur.
Əli Kərimli siyasi mancanaqda – faktlar və dəlillər bunu göstərir- SİYASİ RAKURS
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin zaman-zaman “hakimiyyətlə iş birliyi” barədə səslənən fikirlər ətrafında müxtəlif siyasi mülahizələr səslənsə də onların bəziləri təsdiqini tapıb, bəziləri isə hələ də gizli olaraq qalmaqdadır. Belə ki, bu iddiaya daha dərindən yanaşma etsək, sabiq cəbhəçi, AXCP-nin gənclər qolunun keçmiş üzvü Ruslan Bəşirlinin açıqlamaları diqqətdən yayınmır. O, bununla bağlı bir faktı ortaya qoyaraq bildirib ki, Ə.Kərimli zamanında “papkadaşıyan” Eldar Namazovla sıx əlaqələrdə olub. Əbəs yerə deyil ki, onlar bu gün eyni mövqedən – anti-dövlətçilik baxışından çıxış edirlər.
Bağça uşaqlara nə üçün lazımdır? – Psixoloq məsləhətləri
Uşağın gələcəyini formalaşdıran birinci amil onun təhsili və tərbiyəsidir. Bu yol öncə bağçadan sonra isə məktəblərdən keçir. Təəssüflər olsun ki, bir çox valideynlər övladlarını hansısa müəyyən səbəbləri əsas tutaraq bağçalardan məhrum edirlər. “Bağçaya gedən uşaq diri olur”, “bağça uşağı yetişdirir”, “bağça uşağı məktəbə uyğunlaşdırır” və s. bu kimi fikirləri hər birimiz eşitmişik. Bəs bağça uşaq üçün nədir? Uşağın formalaşmasında əhəmiyyəti varmı?
DQİDK: Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar yer alıb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.














