Əli Kərimli siyasi mancanaqda – faktlar və dəlillər bunu göstərir- SİYASİ RAKURS
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin zaman-zaman “hakimiyyətlə iş birliyi” barədə səslənən fikirlər ətrafında müxtəlif siyasi mülahizələr səslənsə də onların bəziləri təsdiqini tapıb, bəziləri isə hələ də gizli olaraq qalmaqdadır. Belə ki, bu iddiaya daha dərindən yanaşma etsək, sabiq cəbhəçi, AXCP-nin gənclər qolunun keçmiş üzvü Ruslan Bəşirlinin açıqlamaları diqqətdən yayınmır. O, bununla bağlı bir faktı ortaya qoyaraq bildirib ki, Ə.Kərimli zamanında “papkadaşıyan” Eldar Namazovla sıx əlaqələrdə olub. Əbəs yerə deyil ki, onlar bu gün eyni mövqedən – anti-dövlətçilik baxışından çıxış edirlər.
21 Avqust 2017 18:38 SiyasətSiyavuş Novruzov: "Bütün hallarda Əli Kərimli öz silahdaşlarını satıb"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin zaman-zaman "hakimiyyətlə iş birliyi" barədə səslənən fikirlər ətrafında müxtəlif siyasi mülahizələr səslənsə də onların bəziləri təsdiqini tapıb, bəziləri isə hələ də gizli olaraq qalmaqdadır. Belə ki, bu iddiaya daha dərindən yanaşma etsək, sabiq cəbhəçi, AXCP-nin gənclər qolunun keçmiş üzvü Ruslan Bəşirlinin açıqlamaları diqqətdən yayınmır. O, bununla bağlı bir faktı ortaya qoyaraq bildirib ki, Ə.Kərimli zamanında "papkadaşıyan" Eldar Namazovla sıx əlaqələrdə olub. Əbəs yerə deyil ki, onlar bu gün eyni mövqedən - anti-dövlətçilik baxışından çıxış edirlər.
Bu arada Ə.Kərimlinin bənzər əməlləri barədə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun ötən ilin fevralında "Trend"ə verdiyi açıqlamasını xatırlatmaq yerinə düşərdi. O, bu iddialar barədə danışarkən bildirmişdi ki, həmin dövrlərdə (E.Namazovla da əlaqələr qurduğu zamanlarda-R.N.) Ə.Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib. Hətta S.Novruziv bir neçə dəfə həmin görüşlərin iştirakçısı olduğunu da açıqlamışdı. (https://az.trend.az/azerbaijan/politics/2490272.html)
Xəyanət, satqınçılıq yolunu özünə "kredo" seçən siyasi dələduz
SİTAT: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Ə.Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Ə.Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub".
Göründüyü kimi, əslində, AXCP sədrinin xisləti siyasi dələduzluq üzərində qurulmuş və o, zaman-zaman öz çirkin məqsədlərinə nail olmaqdan ötrü, hətta müxalifətdə ona mane ola biləcək insanların qarşısını almaq üçün xəyanət, satqınçılıq yolunu özünə "kredo" seçib. O da əbəs yerə deyil ki, bu ənənə onda SSRİ dönəmlərindən mövcuddur. Məsələn, özünə "lider" hesab etdiyi mərhum Əbülfəz Elçibəyi müxtəlif iyrənc yollarla kənarlaşdıran, hətta onun həyatına sui-qəsd etməsi də iddia olunan Ə.Kərimli məhz öz "lideri" tərəfindən "komsomolçu" ayaması ilə "mükafatlandırılmışdı". Bu, elə-belə ayama deyildi və əsaslara söykənirdi. Çünki bu gün bir çoxları da var ki, Ə.Kərimlini tələbə vaxtlarından tanıyırlar və həmin ərəfələrdə onun anti-sovet çıxışları edənlər haqqında "KQB"yə çuğulluq etməsindən məlumatlıdırlar. Sonralar isə "KQB" onu digər bəlli məqsədləri üçün istifadə edib. Rəhmətlik Ə.Elçibəy isə bütün bunlardan əlbəttə ki, hali olub.
"Heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu"
Daha bir amili xatırlayaq. Misal üçün, Siyavuş Novruzov sözügedən açıqlamasında Ə.Kərimlinin mənzil və millət vəkilliyi davası barədə ilginc faktlara toxunmuşdu. XATIRLAYAQ: "Ə.Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Əli Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Əli Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu".
Elementar TƏRBİYƏSİZ!
S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz, fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda Ə.Kərimli öz silahdaşlarını satıb (!!!-R.N.) Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam verib". Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün "piar"a çevirəcək qədər mənəviyyatsızdır. Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Ə.Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram".
Əli İnsanovun "Yaşıl Aptek" hədiyyəsi, Hüseyn Hüseynovun "Avtobağzala" direktor vəzifəsi peş-kəşi, "Dəli Kür" restotran biznesi, ticarət obyektləri və daha nələr...nələr...
Yəni, Siyavuş Novruzovun da fikirlərindən kifayət qədər bəlli olur ki, bu gün Ə.Kərimlinin simasızlığı, partiyadaşlarına, düşərgədəki ideyadaşlarına xəyanəti uzun illərdir mövcvuddur. Bu baxımdan, onun barədə üzə çıxan digər bir faktı da nəzərə çatdırmaq olardı. Məsələn, hələ 1990-cı illərdə sabiq səhiyyə naziri, hazırda dövlətə qarşı xəyanət suçundan həbs cəzası çəkən Əli İnsanov "Yaşıl Aptek"lər şəbəkəsinin böyük qismini adaşına hədiyyə etmişdi. Ə.İnsanov həbs olunan müddətə qədər Ə.Kərimlinin maliyyələşməsində iştirak edən şəxslərdəndir.
Bundan başqa, bir zamanlar Azəravtoyol Konserinin direktoru vəzifəsində çalışan Hüseyn Hüseynov o zaman yeni sayılan, 20 Yanvar metrosunun yaxınlığında yerləşən Avtovağzala Ə.Kərimliyə çox yaxın bir şəxsi diektor təyin etmişdi. Həmin şəxs nəinki Ə.Kərimliyə aylıq yardım edirdi, hətta ən yaxın qorumalarına, qohumlarına və "Azadlıq" qəzetində və saytında cızma-qaralar edən mirzəciklərinə də davamlı yüksək maddi dəstəklər göstərirdi. Misal üçün, köhnə Avtovağzalın yanında fəaliyyət göstərən "Dəli Kür" restoranını birbaşa Ə.Kərimlinin əmioğlusu işlədib. Onu bu kommersiya sahəsinə yönəldən də H.Hüseynov olub. Ətrafdakı ticarət obyektlərinə isə Ə.Kərimlinin cangüdənləri nəzarət edirmiş.
Biz, buraya Ə.Kərimlinin bir neçə milyonluq bank maxinasiyalarını da əlavə edərsək, onun sıravi AXCP üzvləri üzərindən siyasi biznes qurduğunu növbəti dəfə sübuta yetirə bilərik!
Etirafa cürət edərsə, elektoratı ən yaxşı halda üzünə tüpürəcək
Beləliklə, bütün bunlar danılmaz faktlar olaraq qalmaqdadır. Və maraqlısı da budur ki, AXCP sədri indi sosial şəbəkələrə çıxıb əldə etdiyi gəlirləri həyasızcasına "alın təri", "vicdan amili", "bala maaşı" ilə qazandığını bəyan edir. Əlbəttə, indi o dalana dirənib və bu nağıllarını yenidən zombi dəstələrinə danışmağa başlayıb. Halbuki, əsas reallıqları, əsl gerçəklikləri xalqa açıqlayanlar uzun illər həyatlarının ən mənalı vaxtlarını onunla "çürüdənlər" etiraf edirlər - müavinləri, cangüdənləri və s. Maraqlıdır, niyə Ə.Kərimli bircə dəfə də olsa ortaya çıxıb bu ittihamların hamısını olmasa belə, yarısını etiraf etmək gücünü özündə tapmır? Bir halda ki, o böyük şəxsiyyət qarşısında ayağa durmadığını lovğa-lovğa deyirsə, buyursun, öz cürətini yenə göstərsin!
Rövşən Nurəddinoğlu
P.S. Belə debil və aşağılıq tiplərin cürəti olmayıb, yoxdur və olmayacaq da. Çünki Ə.Kərimli də yaxşı bilir ki, həqiqətləri açıb, etiraflar edərsə, olan-qalan elektoratı ən yaxşı halda onun üzünə tüpürüb, laxlayan qapılarını simasız sifətinə çırpacaqlar.