Rostovda fövqəladə vəziyyət elan edilib
Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".
21 Avqust 2017 18:45 DünyaRusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".
Yanğın 10 min kvadratmetrə qədər əraziyə yayılıb. Trend "RİA Novosti"yə istinadən xəbər verir.