Gündəm

“Forum Bakının diplomatik mərkəzlərdən birinə çevrildiyini sübut edir”

22 Avqust 2017 11:11

“Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu yaxşı mənada iddialı layihədir. Hər bir ölkə Qlobal Liderlərin Forumunu keçirmək, bu məsələlərin müzakirə platformasına çevrilmək istəyər. Azərbaycan isə bu forumu keçirməklə buna hazır olduğunu və bu gün Bakının dünyada diplomatik mərkəzlərdən birinə çevrildiyini sübut edir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Daha bir  neftçinin meyiti tapıldı

22 Avqust 2017 11:12

Dənizdə itkin düşmüş neftçilərdən birinin meyiti tapılıb. Axtarış-Xilasetmə Qərargahından “Olaylar”a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

ABŞ – dan YPG – yə silahlı dəstək – 1300 TIR

22 Avqust 2017 11:05

ABŞ – dan Suriyanın şimalında yerləşən YPG terror təşkilatına 60 Tır silahlı yardım edildiyi xəbəri yayılıb. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Türkiyənin etirazlarına baxmayaraq, ABŞ Rakka əməliyyatında terrorçulara içərisində raket, pulemyot və digər silahlar göndərib.

Hesabınız oğurlana bilər - DİQQƏTLİ OLUN!

22 Avqust 2017 08:45

"İnstaqram" istifadəçiləri bir neçə gündür kiber hücumlarına məruz qalır. Sosial şəbəkə hesablarının oğurlanması elektron məktub vasitəsi ilə həyata keçirilir. Belə ki, poçt qutusuna göndərilən məktubda sözügedən şəbəkədəki hesabın təsdiqlənməsi müqabilində profilin rəsmi qeydiyyata düşəcəyi bildirilir. Amma linkə daxil olanların hesabı oğurlanıb. Kiber hucumla bağlı qanunvericilik nə deyir?

İtaliyada zəlzələ - 10 nəfər itkin düşdü

22 Avqust 2017 08:36

İtaliyada 3,6 bal gücündə yeraltı təkan baş verib. “Olaylar” bildirir ki, zəlzələnin mərkəzi  Ischia adasıdı. Ilkin məlumata görə, zəlzələ nəticəsində bir nəfər həlak olub, 25 nəfər yaralanıb, 10 nəfər isə itkin düşüb. Adada xilasetmə qrupları və mülki müdafiə qrupları axtarış və xilasetmə əməliyyatlarını davam etdirir.

Yeni televiziya layihəsi - “Muğamat var olan yerdə”

22 Avqust 2017 08:26

Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” televiziya layihəsinə start verilir. Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birgə həyata keçirilir. Mərkəzdən "Olaylar" - a bildirlib ki, layihədə məqsəd Bakıda və şəhərətrafı ərazilərdə yaşayan sakinlərə, eləcə də televiziya tamaşaçılarına milli musiqi incilərimizi təqdim etməkdir. “Muğamat var olan yerdə” televiziya layihəsinin ilk buraxılışı avqustun 23-də Mərdəkan Mədəniyyət Sarayında reallaşdırılacaq.

İmişlidə dəhşət - Valideynlərinin gözü qarşısında özünü asdı

22 Avqust 2017 08:21

İmişli sakini özünü asaraq intihar edib. Rayon sakini 1982-ci il təvəllüdlü Fərəcov Sərdar Xələf oğlu özünü valideynlərinin yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Məlumata əsasən, iki uşaq atası olan S.Fərəcov İmişli Qaz təchizatı idarəsində nəzarətçi işləyirdi. Rayon sakinlərinin verdiyi məlumata görə, Sərdar Fərəcov valideynlərinin yaşadığı evdə, valideynlərinin gözü qarşısında özünü asaraq intihar edib.

Filmlərimiz Beynəlxalq Festivalda

22 Avqust 2017 08:18

Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir  ki,festival avqustun 31-dək davam edəcək.  Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib.  Filmlər Seul Tarix Muzeyində nümayiş olunub. Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.

“Microsoft” şirkəti masaüstü “Skype” xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

21 Avqust 2017 20:02

"Microsoft"un mütəxəssisləri "Skype" xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat verilib. "Skype" servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib.

“Google”-un süni intellekti şəkillərdən su nişanlarını silməyi öyrənib

21 Avqust 2017 19:55

Su nişanları (filiqran) şəkli kopyalamadan qorumaq üçün ən etibarlı üsul hesab edilir. Ancaq bu metod da artıq effektiv deyil. Belə ki, “Google” şirkəti süni intellektə istənilən şəkildən filiqranı silməyi öyrədib. Yeni texnologiyanın işini bir sıra şəkillərdə nümayiş etdiriblər. İstehsalçılar, həmçinin süni intellektin işini çətinləşdirmək barədə məlumat veriblər.

Jest dilinin avtomatlaşdırılmış tərcüməçisi çap edilib

21 Avqust 2017 19:50

Antverpen Universitetindən olan mühəndislər komandası avtomatlaşdırılmış tərcüməçi hazırlayıblar. “Project Aslan” adlandırılmış robotun birinci versiyası 3D çap texnologiyasının köməyi ilə yaradılıb və mətni tərcümə edə bilir, ancaq istehsalçıların əsas məqsədi jest dilinin bütün çətinliyini çatdıran iki ələ və ifadəli üzə malik robot yaratmaqdır.

Gözləri kompüterdən qorumaq üçün bu qaydalara riayət edin

21 Avqust 2017 19:46

Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər əslində.

Əziyyət çəkmədən arıqlamaq üçün bu yazını mütləq oxuyun!

21 Avqust 2017 19:42

Britaniyalı alimlər aclıq çəkmədən arıqlamağın sirrini açıqlayıblar. Mütəxəssislərə görə, qidanı diqqətlə çeynəmək vərdişi kalorinin müsbət mənimsənilməsinə kömək edir. Əgər hər bir tikə 30 saniyə çeynənərsə, bu, çəkinin itirilməsi ilə nəticələnər.

Ömrünüzü 20 il uzatmaq istəyirsinizsə...

21 Avqust 2017 19:37

Amerikalı tədqiqatçılar əmindirlər ki, planetimizdəki canlı orqanizmlərin qəbul etdiyi qidanın miqdarı ilə onların ömrünün uzunluğu arasında müəyyən əlaqə vardır. İnsanın ömrünün uzunluğu məsələsi alimlərin çoxunu narahat edir. Amerikalı mütəxəssislər drozofil milçəkləri və laboratoriya siçovulları üzərində aparılmış təcrübələrə əsasən (qeyd edək ki, bu canlıların genləri insan genləri ilə 60 faiz üst-üstə düşür) bu qənaətə gəlmişlər ki, siçovulların qida rasionu azaldıldıqda bu heyvanlar 30-40 faiz çox yaşayır. Bu göstəricini insanlara tətbiq etsək, o deməkdir ki, insanın ömrünü 20 il artırmaq olar.

Bu qidalar insan bədənini soyuqdan qoruyur...

21 Avqust 2017 19:31

Soyuq havalarda geyiləcək paltarlar qədər yeyiləcək qidalar da çox əhəmiyyətlidir. Soyuq havalarda mütəxəssislərin məsləhət bildiyi yeməklər yeyildiyi zaman, bədənin istiliyini saxlamaq mümkün olur.