Gündəm
"Opel” ilə “VAZ” toqquşdu, 2 nəfər xəsarət aldı
Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Latviyanın sabiq prezidenti Bakıdan sülh mesajları verdi
"Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir". Bunu forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.V.Zatlers bildirib ki, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər.
Gəncədə intiharın qarşısı alınıb
Gəncədə intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. .
FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub
FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub. Bu barədə “Olaylar”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA
Koreya Xalq Demokratik Respublikası birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “amansız cəza” ilə hədələyib. Bu haqda Koreya Xalq Demokratik Respublikasının hərbi komandanlığının elan edilmiş bəyanatında deyilir. Pxenyan təlimlərı silahlı konfliktin məşqi kimi qəbul edib. “Birləşmiş Ştatlar unutmalı deyil ki, bizim hərbi gücümüz hərəkət etmək üçün hazır vəziyyətdədir. Dağıdıcı nəticələrə görə məsuliyyət tamamilə bizimlə hərbi qarşıdurma yolunu seçən ABŞ-ın üzərinə düşür”, - bəyanatda bildirilir. Şimali Koreya həmçinin ABŞ-a məxsus Quam adasını necə məhv edəcəyinə dair video hazırlayaraq, internet şəbəkəsinə yerləşdirib.
32276,81 manat məbləğində ödəmə tətbiq edildi
1-15 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli “məcburi göstəriş” verilib.
Avtobus sürücüsünə silah çəkən keçmiş polis zabitinin oğlu çıxdı
Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. Məlumata görə, O.Orucovun atası sabiq polis zabitidir.
Universitetlərdə boş qalan plan yerlərinə qeydiyyata start verildi
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən “Olaylar”a bildirilib ki, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Atbulaq-Ələt mənzilində 12 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, avqustun 22-də isə Atbulaq-Ələt mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
Məşhur klub rəhbərindən FETÖ – ya dəstək
Türkiyənin məşhur futbol klubunun rəhbəri FETÖ terror təşkilatına dəstəkdə ittiham olunur. Olaylar” bildirir ki, Konyaspor klubunun rəhbəri Əhməd Şan "ByLock" gizli ünsiyyət proqramından istifadə etdiyi iddiası ilə əlaqədar prokrorluğa dəvət olunub. İzahatı alındıqdan sonra sərbəst buraxılan klub rəhbərinin telefonları, ev və ofis kompüterləri polis tərəfindən götürülüb.
Orta ixtisas təhsili müəssisələrinə qəbul 97 faiz təşkil edib
Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. DİM-dən “Olaylar”a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 olub.
“KİA” yanıb, yaxınlıqdakı tikililər mühafizə olunub
Bakıda yanğın hadisəsi qeydə alınıb.Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şəhərin Sabunçu rayonunda “KİA” markalı minik avtomobilinin yanar hissələri yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Pensilvaniyada FACİƏ
Amerikanın Pensilvaniya əyalətinin Philadelphia şəhərində qatar qəzasınəticəsində faciə yaşanılıb. “Olaylar” bildirir ki, hərəkətdə olan qatar hərəkətsiz halda olan qatara çırpılması nəticəsində 33 nəfər həlak olub. Məlumata əsasən xəstəcanaya yerləşdirilmiş yaralılardan 4 – nün vəziyyəti ağırdı.
Okean axınlarından elektrik enerjisi alındı
Yaponiyanın “IHI Corporation” şirkəti və Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçiriblər. “Olaylar” bildirir ki, Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib. Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər.
Tramp: “ABŞ dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək”
ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək. Bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, bundan sonra ABŞ ümumu maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək.














