Latviyanın sabiq prezidenti Bakıdan sülh mesajları verdi
"Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir". Bunu forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.V.Zatlers bildirib ki, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər.
22 Avqust 2017 11:42 Siyasət"Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir". Bunu forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers deyib.V.Zatlers bildirib ki, bu cür tədbirlərin keçirilməsi dünyada sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verir: "Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir". Sabiq Prezident qeyd edib ki, fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur: "Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır". Xatırladaq ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən forum avqustun 24-dək davam edəcək.