Gündəm
Səmra Rəhimli bu oğlanla sevgilidir
Sonuncu dəfə "Badminton" klipi ilə gündəmə gələn gənc müğənni Səmra Rəhimlinin sevgilisinin kim olduğu məlum olub. İfaçının eşq yaşadığı oğlan, klipdəki partnyoru, tanınmış fitness-model və treyner Fövqi Əfəndidir. İddialara görə, bundan öncə "Miss & Mister Azerbaijan - 2016" müsabiqəsində "II Vice Miss Azerbaijan" seçilən model Günel Məmmədova ilə eşq yaşayan treyner Səmra Rəhimli ilə tanış olduqdan sonra sevgilisi ilə ayrılıb.
Türkiyə millisinin keçmiş qapıçısı HƏBS OLUNDU
İstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində aparılan araşdırmalar sonrası Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç həbs olunub. Araşdırma zamanı sabiq qapıçının FETÖ-çülərin mesajlaşma proqramı olan ByLock istifadəçisi olduğu ortaya çıxıb.
Hava günəşli olacaq
Avqustun 23-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Dünyanın hərbi cərrahları Bakıya yığışacaqlar
2017-ci ilin 13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib. Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) iştirakı ilə müasir elmi proqramlar təşkil olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Konqresdə ölkəmizi Cəmiyyətin həqiqi üzvü, Azərbaycan Respubllikasının əməkdar həkimi, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə təmsil edib.
Avtomobildə pirotexniki vasitə və fişəng aşkar olunub
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21061" markalı avtomobilə gömrük baxışı keçirilib.
14 yaşlı qız özünü asdı - Bədən ölçüsünə görə
Mançester şəhərində yaşayan 14 yaşlı qız özünü öldürüb. Şarlot Baron adlı qız otağından asılı halda tapılıb. İntihardan əvvəl onun qeyd yazdığı məlum olub. Qız bildirib ki, bədən ölçülərindən narazıdır və yaşamaq istəmir.
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb. Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər.
"Qorxub pulu tullamışam" - Keçmiş həyat yoldaşı ilə 15 min oğurlayan şəxs - VİDEO
Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı məlumat verib.
ABŞ müdafiə naziri: “İŞİD-in axırına az qalıb”
“İŞİD üçün saylı günlər qalıb, lakin onun parçalanması haqda danışmaq hələ tezdir”. Bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib. O bildirib ki, İŞİD-ə qarşı döyüşən qüvvələr terror təşkilatını mühasirə alıb: "Ona görə də terror təşkilatının ömrünə az qalıb. Lakin onlarla iş hələ bitməyib və yaxın günlərdə də bitməyəcək".
Türkiyədə yol qəzasında xəsarət alan 7 Azərbaycan vətəndaşından xəbər var
Türkiyənin Muğla vilayətində yol qəzası nəticəsində xəsarət alan 7 Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır. Zərərçəkənlərdən ikisi azyaşlıdır.
Arvadının xalası qızı ilə qaçan kişinin görüntüləri... - BAKIDA - VİDEO
Ailəli kişi həyat yoldaşının doğma xalası qızını qaçırıb. Hadisə paytaxtda qeydə alınıb. 47 yaşlı Bakı sakin Cavanşir Bəkişov ailəsini ataraq, həyat yoldaşı Mehriban Musəvinin doğma xalası qızı ilə qaçıb. Bu barədə Mehriban xanım məlumat verib.
Valideynlər, DİQQƏTli olun, uşaqlar arasında virus yayılıb
Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb. Bu barədə Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. O deyib ki, hələ 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayılmışdı: "Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir".
"Barselona" Koutinyonun transferindən imtina etdi
"Barselona" "Liverpul"un futbolçusu Filipp Koutinyonu transfer etməkdən imtina edib. Kataloniya klubu İngiltərə təmsilçisinə göndərdiyi üç təklifdən müsbət cavab almadığı üçün bu qərarı verib.
Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat planlaşdırırlar
Türkiyə və İran İraqın şimalında mərhələli şəkildə PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyatlar aparmağı planlaşdırırlar. İlk mərhələdə Türkiyə Hərbi Hava Qüvvələri Zap, Bervari, Batufa, Çemçu və Avaşin rayonlarında PKK-nın 19 mövqeyini bombalayacaq. Əməliyyatlar İraq ərazisində, Türkiyə sərhədindən 19 km məsafədə keçiriləcək.
Avtomobil 15 baş qoyunun üstündən keçdi
İsmayıllı rayonunda qoyun sürüsünün tələfatı ilə nəticələnən ağır yol qəzası baş verib. Məlumata görə hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb. Hadisə qoyun sürüsünün qəflətən avtomobil yoluna çıxması nəticəsində baş verib.














