Türkiyə millisinin keçmiş qapıçısı HƏBS OLUNDU
İstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində aparılan araşdırmalar sonrası Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç həbs olunub. Araşdırma zamanı sabiq qapıçının FETÖ-çülərin mesajlaşma proqramı olan ByLock istifadəçisi olduğu ortaya çıxıb.
22 Avqust 2017 12:20 Dünyaİstanbul Respublika Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində aparılan araşdırmalar sonrası Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç həbs olunub. Araşdırma zamanı sabiq qapıçının FETÖ-çülərin mesajlaşma proqramı olan ByLock istifadəçisi olduğu ortaya çıxıb. Səhər saatlarında nəzarətə alınan 43 yaşlı Çatkıç İstanbul Təhlükəsizlik İdarəsinə gətirilib. Məşhur qapıçının evində axtarış aparılıb. Bu dəqiqələrdə dindirilən Çatkıç son olaraq 2008-2012 -ci illər arasında "Antalyaspor"da forma geyib. Milli.az Sabah-a istinadən xəbər verir.