Gündəm
Ölkəmizə səfər edən ərəblərin sayı açıqlandı
2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1 milyon 203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çox artım var.
"Gənclər üçün Krizis telefon xətti" istifadəyə verilib
Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə “Krizis telefon xətti”nin işi bərpa edilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər. Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Burada qeyd etmək yerinə düşər ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri ola bilər ki, onlar arasında da, gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s yer alır. Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər, məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s buna şamil edilə edilər.
Biləcəri stansiyasında mühüm dəyişiklik
Avqustun 22-dən sentyabrın 26-dək olan tarix müddətində Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, eləcə də Bakı -Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsidir.
Sabirabadda“xaş-xaş” əməliyyatı keçirilib
Sabirabad RPŞ əməkdaşları tərəfindən “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq ümumi çəkisi 94 kq olan xüsusi üsulla qulluq edilərək yetişdirilən çətənə kolları aşkar olunub.
Türkdilli Millətlərin Gənclik Düşərgəsi keçirilib
Türkiyənin Antalya şəhərində Türkiyə Konsulluğunun təşkilati dəstəyi ilə Türkdilli Millətlərin Gənclik Düşərgəsi keçirilib. “OLAYLAR” -ın "İrəli" İctimai Birliyinə istinadən verdiyi xəbərə görə, düşərgədə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan 150-ə yaxın gənc iştirak edib. Müxtəlif mövzularda oyunlar, türkdilli millətlərin problemləri, eyni mədəniyyət, dillələri ilə bağlı müxtəlif seminalar keçirilib. Azərbaycandan düşərgədə 11 iştirakçı qatılımışdır. "İRƏLİ" İctimai Birliyinin Beynəlxalq Əlaqələr Katibi Anar Qurbanov düşərgədə iştirak edib.
Düşmən helikopterini məhv edən hərbçimiz ordudan getdi
Erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçimiz ordudan gedib. “Olaylar” xəbər verir ki, bu barədə İlkin Muradovun özü Femida.az -a məlumat verib. O, Silahlı Qüvvələrdən getməsini müddətinin bitməsi ilə əlaqəli olduğunu bildirib. “Bundan sonra mülki həyatda Vətənə xidmət edəcəyəm”, deyən çavuş bu illərdə orduda xidmət etməyindən qürurlandığını da bildirib.
Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi
Aşıq Ulduzun adı Binəqədi rayon sakinləri ilə torpaq qalmaqalında hallanır. Mediada yayılan məlumata görə, Binəqədi rayonu S.S. Axundov 3 a ünvanında yaşayan vətəndaşlar 30 ildən çoxdur istirahət üçün istifadə etdikləri yaşıllıq ərazinin Aşıq Ulduz tərəfindən zəbt edildiyini bildiriblər. Sakinlərin sözlərinə 30 ildən çoxdur ki, həmin sahə boş bir ərazi olduğunudan orda ağaclar əkərək yaşıllıq zonası salıblar. İllərlədi ki,bu kiçik ərazini də istirahət yeri kimi istifadə edirlər. Sakinlər deyir ki, ərazi Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasaralınmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib. Onların sözlərinə görə, aşığın oğlu Fuad Quliyev sakinləri hədələyir.
İtaliyada zəlzələ — Ölü və yaralılar var
İtaliyanın İsçia adası sahillərində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3.6 bal gücündə olub. İlkin məlumatlara görə 1 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ən azı 7 nəfər dağıntılar altında qalıb. Zəlzələ 10 km dərinlikdə meydana gəlib. Yeraltı təkanlar Tiren dənizindəki adada bəzi binaların dağılmasına səbəb olub. Dağılan kilsədən düşən daş parçaları yaşlı bir qadının ölümünə səbəb olub. Xilasedicilər dağıntılar altında qalan 7 nəfəri xilas etmək üçün işə başlayıblar.
Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır
Alimlər Marsda gecələr qar yağdığını bildiriblər. "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər. Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır.
Hikmət Çətin: Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrilib
Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən gənclərin bir araya gələrək vacib məsələləri müzakirə etməsi üçün çox əlverişli şərait yaradır. Bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
Bakıda avtoxuliqanlıq edən sürücünü saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.
Müğənni Günel ailə sirlərini açdı: "Deyirdilər ki, bu uşağın atası..."
Namaz qıldığı üçün işdən qovulduğu iddia edilən ofisiantla bağlı AÇIQLAMA: "Namaz otağında yatıb"
Ötən gün Azərbaycanda fəaliyyət göstərən “Xezine Palace” şadlıq sarayında Vüqar adlı ofisiantın toy zamanı namaz qıldığı üçün işdən çıxarıldığı haqda xəbər yayımlanıb.
“İsrail və Azərbaycan ikitərəfli münasibətlərin inkişaf etməsinin tərəfdarıdır”
İsrailin regional əməkdaşlıq naziri Tzachi Hanegbinin Ermənistana səfəri fərqli fikirlərin yaranmasına səbəb oldu. Həmçinin İsrail Knessetində “erməni soyqırımı”nın müzakirəyə çıxarılması cəhdləri bəzən təəccüb doğurur. Lakin İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa doğru inkişaf etməkdədir.
22 yaşlı Cəlilabad sakini beynəlxalq axtarışa verildi
Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib. 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb. Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb. Həmin qərar əsasında da İnterpol Q.Babayevi axtarışa verib.














