Gündəm

Məktəbli formalarının qiyməti dolların məzənnəsinə uyğunlaşdırılır

22 Avqust 2017 14:09

Yeni dərs ili yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Xüsusən, dərs ləvazimatları və məktəbli formalarının satışı ilə məşğuı olan sahibkarlar fürsəti əldən verməyərək bir mövsümdə “qaz vurub qazan doldurmaq” eşqinə düşüblər. Elə bu səbədən də köhnə malları yeni qiymətlə satan kim, xaricdən ən keyfiyyətsiz məhsulları ucuz  alıb baha qiymətə sırıyan kim.

Gözəllik salonlarında nə baş verir?

22 Avqust 2017 14:07

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə yeni texnologiyaların tərbiqinə də şərait yaranmış olur. Belə ki, hazırda Azərbaycanda elektron ticarət sahəsi geniş yayılıb. Sözügedən ticarət növü inkişaf dövrünü yaşasa da bir sıra neqativ hallarla, daha doğrusu müştərilərin aldadılması ilə müşayət olunur. Təhlükəli məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdə ən müxtəlif xidmət sahələri ən müxtəlif üsullarla insanları aldatmaqla məşğuldur.   

“Problem Ermənistanın dövlətçiliyin bünövrəsinin düzgün qurulmamasındadır”

22 Avqust 2017 14:02

Ermənistan Azərbaycana qarşı total müharibədədir. Bu həm silahlı, həm də ideoloji döyüş, eyni zamanda provokativ materialların internet məkanında yayılmasıdır. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Ermənistanın məqsədi Azərbaycanı nüfuzdan salmaq və öz yalanını dünyaya qəbul etdirməkdən ibarətdir: “Ermənistan törətdiyi əməlləri gizlətməyə çalışır. Aprel hadisələri bağlı Azərbaycan  Müdafiə Nazirliyinin məsul şəxsinin adından yayılan yalan Ermənistanın apardığı kampaniyanın tərkib hissəsidir”. 

Bakıda brend mağazalar yanır

22 Avqust 2017 13:59

Bakının mərkəzində brend mağazalar (Dolce & Gabbana, GUCCİ) yanır. Bu barədə sosial şəbəklərdə video görüntülər yerləşdirilib. Hadisə yerində olan vətəndaşların verdiyi məlumata görə, mağazadakı mallar işçilər tərəfindən çölə çıxarılıb.

Gəncədə yeni doğulan körpə öldü

22 Avqust 2017 13:56

Gəncədə doğuşdan sonra körpə ölümü baş verib. Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb. Məlumata görə, bu, A.Babayevanın ilk övladı olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı - Universiadada

22 Avqust 2017 13:48

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib. Azərbaycan Taekvando Federasiyasından Trend-ə verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.

Palçıq pilpiləsi” yatağındakı 1883 saylı özül əsaslı təmirdən sonra istismara verilib

22 Avqust 2017 13:42

“Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılmış, pilləkənlər və məhəccər çəpəri tikilib.

Qlobal Gənc Liderlər Forumunda qadın, kişi liderliyi müzakirə olunub

22 Avqust 2017 13:41

Qlobal Gənc Liderlər Forumu avqustun 22-də öz işini panel iclasları ilə davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclaslarda “Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?”, “Mədəniyyətlər fərqli şəkildə yönləndirir?”, “Nəyi mənimsəyib nəyi öyrənə bilərik?” sualları ətrafında müzakirələr aparılıb.

24 saatda 78 sivil vətəndaş qətlə yetirildi

22 Avqust 2017 13:40

Suriyanın şimalında İŞİD  terror təşkilatının idarəçiliyində olan  Rakka şəhərində 24 saat ərzində təşkil olunan silahlı hücum zamanı həlak olanların sayı açıqlanıb. “Olaylar” bildirir ki, 24 saat ərzində Rakka şəhərində İŞİD terrorçuları tərəfindən 78 sivil vətəndaş qətlə yetirilib. Məlumatı "Rakka səssiz qətl olunur" adlı aktiv şəbəkə yayıb. Şəhəri İŞİD terror qruplaşmasından təmizlənməsi səbəbi ilə 450 min insan evlərindən didərgin düşüb.

Əraziyə tibbi tullantılar atıldı

22 Avqust 2017 13:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.  “Olaylar” – a bildirilib ki, keçirilən reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib. 

Qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan polisi aldatmaq istədi

22 Avqust 2017 13:37

Bakıda qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Bakıda evə basqın olub

22 Avqust 2017 13:36

Bakı şəhərində evə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyərək pul və qızıl əşyalar verməsini tələb ediblər. Lakin səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib və hadisə yerini tərk ediblər. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Həmyerlisini bir yumruqla öldürdü

22 Avqust 2017 13:35

Bakıda qeyri-adi qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R. Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M. Zəkiyevin R. Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M. Zəkiyev tutulub.

İnvestorların hərraclarda iştirakı sadələşdirilir

22 Avqust 2017 13:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Qarabağa göndərilməsi planlaşdırılan “Məxfi ordu”: Moskva itkiləri GİZLƏDƏ BİLMƏDİ

22 Avqust 2017 13:32

Rusiyanın “Fontanka” nəşri şəxsi hərbi şirkət olan “Vaqner qrupu”nun Suriyada itkilərini sübut edib. Nəşrin yazdığına görə, 2016-cı il aprel-may aylarında Palmira şəhərinin azad edilməsi üzrə əməliyyatın gedişatında qeyri-formal hərbiləşdirilmiş təşkilatın təxminən 32 döyüşçüsü həlak olub, 80-ni ağır yaralanıb. “Fontanka”nın araşdırmasına görə, 2017-ci ilin əvvəlindən bu yana 40-dan 60-a qədər muzdlu döyüşçü həlak oldu, 80-dən 180-ə qədəri yaralanıb. Döyüşçülərin ölüm faktları KİV-in xəbərləri və sosial şəbəkələrdə qohumların statusları əsasında müəyyən edilib.