“Problem Ermənistanın dövlətçiliyin bünövrəsinin düzgün qurulmamasındadır”

Ermənistan Azərbaycana qarşı total müharibədədir. Bu həm silahlı, həm də ideoloji döyüş, eyni zamanda provokativ materialların internet məkanında yayılmasıdır. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Ermənistanın məqsədi Azərbaycanı nüfuzdan salmaq və öz yalanını dünyaya qəbul etdirməkdən ibarətdir: “Ermənistan törətdiyi əməlləri gizlətməyə çalışır. Aprel hadisələri bağlı Azərbaycan  Müdafiə Nazirliyinin məsul şəxsinin adından yayılan yalan Ermənistanın apardığı kampaniyanın tərkib hissəsidir”. 

Ermənistan Azərbaycana qarşı total müharibədədir. Bu həm silahlı, həm də ideoloji döyüş, eyni zamanda provokativ materialların internet məkanında yayılmasıdır. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Ermənistanın məqsədi Azərbaycanı nüfuzdan salmaq və öz yalanını dünyaya qəbul etdirməkdən ibarətdir: "Ermənistan törətdiyi əməlləri gizlətməyə çalışır. Aprel hadisələri bağlı Azərbaycan  Müdafiə Nazirliyinin məsul şəxsinin adından yayılan yalan Ermənistanın apardığı kampaniyanın tərkib hissəsidir". 

Deputat bildirib ki, Ermənistan xaricdə təsiri altında olan informasiya resurslarında Azərbaycanla bağlı yalanlar yazır, lakin yerindəcə bu yalanlar ifşa edilir: "Hesab edirəm ki, problem Ermənistanın özündə, dövlətçiliyin bünövrəsinin düzgün qurulmamasında və Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkət etməsindədir. Ermənistanın indiki siyasi-hərbi hakimiyyəti bunu ört-basdır etməyə, həm dünyada özünün qazanc mənbələrini, həm də ölkə daxilində hakimiyyəti qoruyub saxlamağa çalışır. Lakin hər dəfə bunu etmək çətin olur. Çünki açıq cəmiyyət dövründə nəyisə gizlətmək, yalanı zorla qəbul etdirmək olmur". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31