Gündəm
Ayxan Tağızadə ermənini məğlub edərək Universiadanın finalına yüksəlib
Azərbaycanın taekvando üzrə millisinin üzvü Ayxan Tağızadə (68 kq) Taypey şəhərində keçirilən Ümumdünya Yay Universiadasının finalına yüksəlib. Avqustun 22-də start verilən taekvando yarışlarının ilk günündə milli komandamızın iki üzvü mübarizə aparır.
Gədəbəydə silah-sursatlar tapılıb
Gədəbəy rayonunda müxtəlif təyinatlı silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, müxtəlif tipli 6 ədəd raket, 10 ədəd trotil şaşkası, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərrik, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.
Daha 11 dövlət əmlakı özəlləşdirilib
Avqustun 22-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdiriliməsi ilə bağlı növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.
Avtomobil Suraxanıda iki piyadanı vurub öldürdü
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub.
Ərdoğan: Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək
Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir".
Olimpiada qalibi Böyük Britaniyada
Paytaxt məktəblisi Fikrət Əmirbəyli Böyük Britaniyanın Mançester şəhərində yay kursunda ödənişsiz iştirak edib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, BŞTİ-nin tabeliyindəki 212 nömrəli tam orta məktəbin XI sinif şagirdi məktəblilər arasında keçirilən II İngilis dili Olimpiadasının qalibi olduğu üçün bu imkanı qazanıb. Bakı məktəblisi yay kursu çərçivəsində İngilis dili biliklərini daha da artırıb, həmçinin, yerli adət-ənənələr ilə tanış olub, Mançester şəhərinin tarixi yerlərini gəzib. Fikrət Əmirbəyliyə yay kursunun sonunda sertifikat təqdim edilib.
Qoşunlar çıxarılır: Rusiyanı təslim olmağa məcbur edən SƏBƏBLƏR
Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Minsk razılaşmalarının qismən icrasına gedə bilər. Bu haqda Ukraynanın “Obozrevatel” nəşrinə “Center for Eastern European perspectives in Washington D.C” təşkilatının direktoru Nikolay Vorobyov deyib.
İşğalçı ölkənin ordusunda zabitlər də fərarilik edir
Azərbaycanla Ermənistanın silahlı qüvvələri müqayisə olunmaz dərəcədə fərqlənir. Hərbi ekspertlər dəfələrlə Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir neçə dəfə çox olaraq qiymətləndiriblər. Heç şübhəsiz ki, bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları, daxil siyasi və iqtisadi faktorlar da nəzərə alınıb. Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib.
Putin Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.
Rusiyada dünya çempionunu döyərək öldürən azərbaycanlı federal axtarışa verilib - ÖLÜM ANI
Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.
Azərbaycanın ixrac potensialı artır
Artıq bir neçə ildir ki, Azərbaycanda qeyri-neft sektorunun, əsas etibarilə də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, yerli istehsalın artırılması prioritet sahələrdən birinə çevrilib. Xüsusilə də kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.
Azərbaycanda ərzaq təhlükəsizliyi təmin ediləcək
On ildən artıq bir müddətdə hökm sürən qlobal maliyyə böhranı bütün dünyada tüğyan etməkdədir. İqtisadi böhranın nəticəsi olaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neftlə zəngin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Nətta inkişaf etmiş ölkələr belə bu təsirdən kənarda qalmayıb.
Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq tarixidir
Müstəqillik illərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük qələbə sayılan Aprel döyüşlərindən bir ildən artıq müddət keçsə də, hələ də onun nəticələri, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət, cəmiyyətə bəxş etdiyi qələbə sevinci müzakirə edilir, təhlil olunur. Xüsusilə, düşmən ölkə aprel məğlubiyyətinı heç cür həzm edə bilməyərək vaxtaşırı cəbhə xəttində təxribatlara əl atır, ordumuzun mövqelərinə sarsıdıcı zərbələr vurmağa çalışır. Lakin hər zaman olduğu kimi yenə də igid əsgərlərimiz düşmənin mənfur niyyətinin reallaşmasının qarşısını alırlar. Necə ki, keçən ilin aprelində igid vətən övladları bun etdi və düşmənə son 20 ilin ən ağır zərbəsini vurdu.
Dövlətçiliyə qarşı çıxmaq, ölkədə çaxnaşma yaratmaq cəhdləri qəbuledilməzdir
Son vaxtlar xaricdən Azərbaycana qarşı müəyyən təsir elementləri müşahidə edilməkdədir. Adətən seçki ili ərəfəsində müşahidə edilən bu tendensiyada əsasən iki cəbhə daha fəal görünür. Birincisi, müəyyən adlar altında Avropadan sığınacaq almış siyasilər, ikincisi isə xaricdə dini təhsil alanlar. Biri ölkədə siyasi gərginlik, digəri isə dini zəmində qarşıduma yaratmağa maraqlı görünür.














