İşğalçı ölkənin ordusunda zabitlər də fərarilik edir
Azərbaycanla Ermənistanın silahlı qüvvələri müqayisə olunmaz dərəcədə fərqlənir. Hərbi ekspertlər dəfələrlə Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir neçə dəfə çox olaraq qiymətləndiriblər. Heç şübhəsiz ki, bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları, daxil siyasi və iqtisadi faktorlar da nəzərə alınıb. Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib.
22 Avqust 2017 14:32 DünyaErmənistan hakimiyyəti ordudan qaçan zabitləri zorla geri qaytarır
Azərbaycanla Ermənistanın silahlı qüvvələri müqayisə olunmaz dərəcədə fərqlənir. Hərbi ekspertlər dəfələrlə Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir neçə dəfə çox olaraq qiymətləndiriblər. Heç şübhəsiz ki, bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları, daxil siyasi və iqtisadi faktorlar da nəzərə alınıb. Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib.Təsadüfi deyil ki, Azərbaycanın müdafiə xərcləri Ermənistanın dövlət büdcəsini dəfələrlə üstələyir. Məhz bunun nəticəsində Azərbaycan ordusu Ermənistan ordusundan daha yaxşı silahlanıb. O cümlədən qoşunların mənəvi durumu və döyüş ruhu da kəskin şəkildə fərqlənir. Yaranmış hərbi tənəzzüldən çıxış yolu tapa bilməyən Ermənistanın hərbi rəhbərliyi müxtəlif siyasi qərarlarla ordunu saxlamaq siyasəti yürüdür. Lakin konkret maddi təzhizata söykənməyən hərbi siyasət siyasi elitanın özünə qarşı yönəlmiş olur. Məhz bu kimi düşünülməmiş siyasətin nəticəsidir ki, işğalçı ölkənin ordusunda fərarilik baş alıb gedir. Məsələ orasındadır ki, orduda fərarilik təkcə sıravi əsgərlər deyil, zabitlər arasında da geniş yayılıb. Hazırda Ermənistan hakimiyyəti ordudan qaçan zabitləri zorla geri qaytarmaq xəttini əsas götürüb. Ermənistan mətbuatının yazdığına görə, bu məqsədlə ölkənin müdafiə naziri xüsusi qərar qəbul edib. Üərara əsasən Ermənistan hakimiyyəti zabitləri orduda zorla saxlamaq arzusundadırlar. Müdafiə nazirinin qərarına qarşı çıxan Ermənistan ictimaiyyəti hesab edir ki, sözgedən qərar nəinki ordunu qoruyub saxlayacaq, hətat onun tənəzzülə uğramasında katalizator rolunu oynayacaq. Daha dəqiq "müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq".Yerli mətbuatın yazdığına görə, bunu Ermənistan müdafiə nazirinin 2017-ci il 20 iyun tarixdə verdiyi yeni əmrə münasibət bildirən vəkil Norayr Norikyan deyib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib. Yeni əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Əmrə əsasən hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 milyon dram (3525 AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər. Vəkil Norayr Norikyan deyib: "Çox təəssüf ki, zabitlərin böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək niyyətindədirlər. Bu, bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün xaricə getməyə çıxış yolları axtarır. Bu, yalnız Müdafiə Nazirliyinin problemi deyil, bu dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın, ancaq bu, mümkün deyil".Göründüyü kimi işğalçı ölkənin hərbi rəhbərliyi ordunu tənəzzülə uğramaqdan xilas etmək məüsədilə bütün münkün varianta əl atır. Ancaq fakt ondan ibarətdir ki, ordunu kağız parçasında əksini tapmış quru qərarla xilas, yaxud inkişaf etdirmək mümkün deyil. Ordunun gücünü şərtlənriən bir sıra amillər var ki, Ermənisanın siyasi rejimi həmin amillərdən xəbərsiz deyil. Bu amillər hərb tarixi yaranandan bəri dəfələrlə sınaqdan çıxaraq təsdiqini tapıb. Məsələ orasındadır ki, həmin amilləri tətbiq etmək üçün işğalçı ölkənin nə maddi, nə də mənəvi imkanı yoxdur. Odur ki, bu ölkədə ordu ilə bağlı verilən qərarlar sadəcə zorakılığın təzahüründən başqa bir şey deyil ki, bu da insanların silahlı qüvvələrə inamını itirir.
Azərbaycanın xarici siyasətində əsas prioritet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması olduğundan ordunun inkişafına daim diqqət yetirilir. Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanın xarici siyasətində əsas prioritet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır: "Ermənistanın işğalı nəticəsində respublikamızın ərazisinin 20 faizi zəbt olunub, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb. Hazırda beynəlxalq münasibətlərdə mürəkkəb proseslər xeyli artıb. Yaranmış belə vəziyyətin səbəblərindən biri həll olunmamış münaqişələrdir. İyirmi ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Amma təəssüf ki, işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur. Bunun əsas səbəblərindən biri Minsk qrupunun həmsədrləri işğalçıya qarşı çox loyal münasibət göstərməsidir. Hətta onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüanslar da olub. Ona görə də, Ermənistan bütün sülh təşəbbüslərini pozur. Əgər sülh danışıqları nəticə verməsə bu missiyanı, yəni ərazi bütövlüyümüzün bərpa olunmasını Azərbaycan Ordusu yerinə yetirəcək". Azərbaycan ordusu isə dünyanən ən ikişaf etmiş ölkələrinin ordusu ilə eyni cərgədə durur.
Nurlan