Gündəm
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Yeni yerüstü piyada keçidi inşa olunub
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işləri yekunlaşmaq üzrədir. Ərazidə artıq asfatlanma işləri aparılıb.
Bəyaz Öztürkün verilişi haqqında SON QƏRAR
Beyazıt Öztürk yeni mövsüm üçün izləyiciərinə sürpriz hazırlayıb. Məşhur aparıcının uzun illərdir “Kanal D”də aparıdığı verilişi sentyabr ayəndan etibarən canlı yayımlanacaq.
Qurban bayramında ət neçəyə satılacaq? - NAZİRLİK AÇIQLADI
Sentyabrın 1-2-i bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyavanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər.
“Azərbaycanda ikili vətəndaşlığa icazə verilməlidir” — DEPUTATDAN MÜHÜM ÇAĞIRIŞ
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov Azərbaycanda da ikili vətəndaşlığa icazə verilməsi məsələsini təklif edib. R.Cəbrayılov açıqlamasında bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir: “Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yaralanmalıdır. Bu mənim şəxsi fikrimdir.
Elmar Məmmədyarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Nazir Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Səfir Auqusto Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
“Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm” - Fəxriyyə Xələfova – VİDEO
Beynəlxalq Avrasia Mətbuat Fondu yeni bir layihəyə start verir. “Mərkəzi Asiya" adlanan bu layihədə məhz Mərkəzi Asiya coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər, tanınmış şəxslər ilə tanışlıq, Azərbaycanın bu bölgə ölkələri ilə birgə layihələri barədə yadda qalan video müsahibələr, sənədli filmlərin təqdim olunması nəzərdə tutulur. Bu layihənin ilk qonağı isə tanınmış azərbaycanlı modelyer-dizayner, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova oldu. Fəxriyyə xanım, BAMF-ın təsis etdiyi Eurasia Diary analitik informasiya portalına müsahibəsində Mərkəzi Asiya ölkəsi Özbəkistanın milli parçalarından hazırlanan kolleksiyası və bu kolleksiyanın yaxın vaxtlarda Özbəkistanda təqdim olunacağı ilə bağlı məlumat verib.
Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi? — deputatdan AÇIQLAMA
“Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi istiqamətində işlər hazırda uğurla davam edir. Zamanı çatanda hər bir şey mümkün olacaq”. Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bildirib. R.Rzayev deyib ki, hələlik buna ehtiyac yoxdur: “Bu istiqamətdə olan Azərbaycan qanunvericiliyi mükəmməldir. Hələlik qanun ikili vətəndaşlığa icazə verməsə də, mən bu sahədə heç bir problem görmürəm”.
Gürcüstan prezidenti yanğının söndürülməsində köməyə görə Azərbaycana təşəkkür edib
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Barjominin Daba kəndində meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edib.
Dollar bahalaşdı
Avqustun 22-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Mərkəzi Bankdan “Olaylar”a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.
Silsilə oğurluq edən şəxs saxlanıb
Sumqayıt şəhəri ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev tutulub.
Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıb
Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydaları və şərtlərini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.
Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL
Araşdırmalar sübut edib ki, finlandiyalı məktəblilər planetin ən uğurlu şagirdləri sırasında ön cərgələrdədir. Onlar gün ərzində məktəbdə daha az zaman keçirir, ev tapşırıqlarına ən çox 30 dəqiqə zaman sərf edirlər.
66 yaşında qızı yaşda qadınla xəyanət etdi - Həyat yoldaşı nazir qızı çıxdı
"Cəsur və Güzəl"in "Tahsin Korludağ" obrazı ilə yaddaşlara həkk olunan 66 yaşlı Tamer Levent qızı yaşda qadınla öpüşərkən tutulduğu haqda məlumat vermişdik.






.jpg)







