Gündəm

Qvardioladan Messi açıqlaması

22 Avqust 2017 16:56

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusu Lionel Messi haqqında danışıb. Britaniya mətbuatına açıqlama verən 46 yaşlı çalışdırıcı Neymarın PSJ-yə 222 milyon avroya transfer olunmasına toxunaraq bildirib: "Əgər futbolçular üçün bu qədər pullar verirlərsə, deməli, Messinin də təzminat qiymətini (300 milyon - red.) ödəyən biri ola bilər".

Mübariz Qurbanlı Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22 Avqust 2017 16:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə,  qonağı səmimi salamlayan Komitə sədri Qırğız Respublikası ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən danışıb.

Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx beynəlxalq səsvermədə iştirak edir

22 Avqust 2017 16:53

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) rəsmi internet saytında Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx  beynəlxalq səsvermədə iştirak edir. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Bildirilib ki, səsvermədə qalib olan videoçarxa Çin Xalq Respublikasının Chengdu şəhərində keçiriləcək BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasında “People's Choice Award” mükafatı veriləcək. 

Prokuror Gündüz Məmmədov “Krımnaş”ı tutmaq istəyir

22 Avqust 2017 16:36

Rusiya Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru Natalya Poklonskaya azərbaycanlı prokuror Gündüz Məmmədovun hədəfindədir. Ukrayna tərəfdən Krım muxtar respublikasının prokuroru təyin edilən Gündüz Məmmədov Poklonskaya barədə iki cinayət işi qaldırıb.

Şimali Koreyadan ABŞ-a "Böyük müharibə" XƏBƏRDARLIĞI

22 Avqust 2017 16:34

Şimali Koreya Cənubi Koreya və ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərt reaksiya verib. Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar. Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.

ABŞ-da hücuma məruz qalan hakim hücumçunu vurdu

22 Avqust 2017 16:32

ABŞ-da məhkəmə binası qarşısında hakimə silahla hücum ediblər. Özünü itirməyən hakim silahını çəkərək hücumçunu vurub. Hadisə Ohayo ştatında baş verib. Polis məmuru Fred Abdalla jurnalistlərə bildirib ki, hakim Cozef Brazzesə Steubenvill şəhərindəki məhkəmə binası qarşısında atəş açılıb.Hakim və hücumçu arasında baş verən silahlı insident nəticəsində Brazzes ağır yaralanıb. Hücumçu isə ölüb. Polisin  xəbərinə əsasən, hücumçu bir neçə saat hakimin binaya gəlməsini gözləyib.

Babası yaşında kişiyə ərə gedən qız: "Onu çox sevirəm"

22 Avqust 2017 16:30

"Ətrafımızdakı insanlar sevgimizə, nikahımıza birmənalı baxmırlar. Daha doğrusu, çox pis baxırlar. Amma bu, eynimizə deyil. Bəxtəvərik". İngiltərənin Saffolk qraflığındakı Botsdeyl şəhərində yaşayan Nataşa Lüis belə deyir. 21 yaşlı Nataşa 58 yaşlı Riçard Lüisə ərə gedib. Nataşanın sözlərinə görə, çalışdığı dükanın sahibi olan Riçardı çox sevir və bəxtəvər ailə olduqlarına şübhə etmir.

Fikir və söz azadlığından sui istifadə edilməməlidir

22 Avqust 2017 16:26

Bu gün Azərbaycan  demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas olan bütün xüsusiyyətləri, prinsipləri özündə əks etdirir, onları öz gündəlik həyatında tətbiq edir. Demokratik prinsiplərin, dəyərlərin əsas göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığıdır ki, günümüzdə bu prinsiplərə ölkəmizdə yüksək səviyyədə əməl olunur, qorunur, inkişaf etdirilir.

Viran olmuş şəhərdə möcüzə: 7 aylıq uşaq xilas edildi - VİDEO

22 Avqust 2017 16:14

İtaliyanın İskya adasında zəlzələ nəticəsində dağılmış binaların altında qalmış insanları arayan xilasedicilər 7 yaşlı və 7 aylıq iki uşağı xilas ediblər.  İtaliya mediası olayı "əsl möcüzə" kimi dəyərləndirib. 7 yaşlı Mattias 14 saat dağıntılar altında qalmışdı. 7 aylıq Paskuale isə anası Alessiya ilə birlikdə Rizzoli şəhərindəki hospitala aparılıb.

Keçmiş MTN generalının məhkəməsi davam etdirilib

22 Avqust 2017 16:11

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyev zərərçəkmiş Mətləb Mustafayevin saxlanılması ilə bağlı epizoda münasibət bildirib. O deyib ki, zərərçəkmiş M. Mustafayev evində silah saxladığı üçün həbs olunub.

Regionların sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də uğurla davam etdiriləcək

22 Avqust 2017 16:07

Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısının hər bir səfəri bölgələrimizin  yeni-yeni uğurları ilə müşaiyət olunur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

İslam təfriqə və xürafata yox deyir

22 Avqust 2017 16:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ucar şəhər “Cami” məscidi dini icmasıın sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.

6 ayda respublika üzrə 18884,1 litr qan tədarük olunub

22 Avqust 2017 16:04

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük olunub. Keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib.

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

22 Avqust 2017 16:01

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Bakı  Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb. 

Bu il 250 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

22 Avqust 2017 15:57

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir.