ABŞ-da hücuma məruz qalan hakim hücumçunu vurdu

ABŞ-da məhkəmə binası qarşısında hakimə silahla hücum ediblər. Özünü itirməyən hakim silahını çəkərək hücumçunu vurub. Hadisə Ohayo ştatında baş verib. Polis məmuru Fred Abdalla jurnalistlərə bildirib ki, hakim Cozef Brazzesə Steubenvill şəhərindəki məhkəmə binası qarşısında atəş açılıb.Hakim və hücumçu arasında baş verən silahlı insident nəticəsində Brazzes ağır yaralanıb. Hücumçu isə ölüb. Polisin  xəbərinə əsasən, hücumçu bir neçə saat hakimin binaya gəlməsini gözləyib.

Hücumçunu məhkəmə binasının qarşısına gətirən avtomobilin sürücüsü də saxlanılıb. Sürücünün vəziyyətdən xəbərdar olmadığı iddia edilsə də, həm hücumçu, həm də sürücü keçmiş məhkumdur. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31