Şimali Koreyadan ABŞ-a "Böyük müharibə" XƏBƏRDARLIĞI
Şimali Koreya Cənubi Koreya və ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərt reaksiya verib. Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar. Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.
22 Avqust 2017 16:34 DünyaŞimali Koreya Cənubi Koreya və ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərt reaksiya verib. Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar. Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.
Şimali Koreya ABŞ-ı müharibə ocağını qızışdırmaqda ittiham edərək bu təlimlərin böyük müharibəyə çevrilə biləcəyi xəbərdarlığını edib. Milli.az CNN-ə istinadən xəbər verir.