Gündəm

Rusiyalı ekspert: "Ermənistan Qərbin simasında özünə yeni güc mərkəzi axtarmağa çalışır"

22 Avqust 2017 18:08

"Ermənistanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması həm Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində əsas vasitəçi, həm də iqtisadi və siyasi kontekstdə ölkənin əsas tərəfdaşı olan Rusiyanın bu gün nə Ermənistanın, nə də erməni xalqının maraqlarını müdafiə etmək gücündə olduğunu düşünən rəsmi Yerevanın yeni siyasi xəttidir".

Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb

22 Avqust 2017 18:02

Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir. Rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü  Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü  Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Afrikada polisə təslim olanın dəhşətli etirafı — "İnsan əti yeməkdən bezdim"

22 Avqust 2017 18:00

Cənubi Afrikada dəhşətli hadisə qeydə alınıb. Durban şəhərində 4 nəfər yamyamlıqda ittiham olunaraq saxlanılıb. Yaşları 22-32 arasında dəyişən şəxslər cinayət və cinayət məqsədi ilə mütəşəkkil qruplaşma yaratmaqla ittiham edilirlər.

Rusiyanın axtardığı şəkilinin arvadı: "Evə gələndə gördüm nə Tural, nə uşaqlar, nə pul, nə də maşın var" 

22 Avqust 2017 17:53

"Rusiya Federasiyası ərazisində axtarış verilib. Amma hələ də bir xəbər yoxdur. O, uşaqları ölkə ərazisindən çıxara bilməz. Çünki uşaqlarımın sənədi evdə qalıb. Maşını sürmək üçün isə sürücülük vəsiqəsi yoxdur. Amma 3 gündür nə ondan, nə də uşaqlardan bir xəbər var". 

Fransada Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

22 Avqust 2017 17:50

Fransanın nüfuzlu RDL 68 103.5 FM radiosunun efirində Azərbaycana həsr olunmuş veriliş yayımlanıb. Verilişin qonağı fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon olub. O, çıxışında Azərbaycanın uğurlu inkişaf yolundan, nümunəvi tolerantlıq mühitindən bəhs edib. Sovetlər birliyinin dağılmasından sonra Azərbaycanın əldə etdiyi müstəqillik tarixindən, sürətli inkişaf yolundan danışan Jerard Kardon Azərbaycana səfəri zamanı onun keçmiş və müasirliyin harmoniyasından ibarət olan ölkə olduğuna şahidlik etdiyini vurğulayıb. Ölkədəki mövcud olan multikultural və tolerant mühitə diqqət çəkən yazıçı Azərbaycanın 96 faiz əhalisinin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlət olduğunu, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə qarşı ideal münasibətin mövcudluğunu xüsusi vurğulayıb.

Aydın Mirzəzadə: “Azərbaycan və Türkiyə rəhbərlərinin görüşü həmişə böyük maraq doğurur” 

22 Avqust 2017 17:47

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya həftə sonu gerçəkləçdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı surətdə qardaş ölkəyə səfəri həmişə böyük maraq doğurur”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Bu ərəb ölkəsindən Türkiyəyə qarşı böyük şok — QALMAQAL

22 Avqust 2017 17:43

Birləşmiş Ərəb Əmirliklərinin "Dubai TV" kanalı Türkiyəni qaralamaq məqsədi ilə yalan xəbər yayımlayıb. Ərəb kanalının xəbərinə əsasən türk hərbçiləri Qətərdə küçəyə çıxma qadağası elan edib. BƏƏ-nin "Dubai TV" kanalında yayımlanan xəbərdə türk əsgərinin Qətərdə olmasının verdiyi narahatçılıq qaralama kampaniyasına çevrilib. "Əl-Cəzirə" kanalının xəbərinə görə "Dubai TV" kanalı qalmaqallı bir xəbərə imza ataraq "türk əsgərləri Qətərdə küçəyə çıxma qadağası elan edib" formasında yalan xəbər yayımlayıb.

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

22 Avqust 2017 17:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir. Komitənin sədr müavini Gündüz İsmayılov açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. 

“Kopenhagen – Qarabağ” oyunu bu kanalda

22 Avqust 2017 17:34

Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Kopenhagen” – “Qarabağ” matçı keçiriləcək. “İdman Azərbaycan” televiziyasından xeberle.com-a verilən məlumata görə, avqustun 23-də keçiriləcək görüş sözügedən kanalın efirində canlı yayımlanacaq.

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub

22 Avqust 2017 17:33

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.  Görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.

Bakıda sürücünü silahla hədələyən şəxsin digər əməlləri üzə çıxıb

22 Avqust 2017 17:24

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu sürücünü silahla hədələyən şəxsin həbsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.

Türkiyədə yeddi general və bir admiral istefaya getdi

22 Avqust 2017 17:17

Türkiyədə yeddi general və bir admiral təyinat ərəfəsində istefaya buraxılmaları barərdə rəhbərliyə müraciət edib. 

Məşqçi: Boks komandamız yaxşı formadadır

22 Avqust 2017 17:16

"Komandamız yaxşı formadadır. İnanıram ki, Hamburqda lazımi nəticəni əldə edəcəyik". Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bunu kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın dünya çempionatına hazırlığını dəyərləndirərkən deyib.

Filmlərimiz Trabzon Beynəlxalq Film Festivalına dəvət aldı

22 Avqust 2017 17:05

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Olaylar” – a bildirilib ki, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyədə Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.

Smartfon istifadəçilərinə xəbərdarlıq— İzlənə bilərsiniz

22 Avqust 2017 16:58

Smartfonun şüşəsi dəyişdirildikdən sonra onun sahibini izləmək mümkündür. Bunu İsrail mütəxəssisləri müəyyən edib. Onların fikrincə, yeni üsuldan mobil cihazı təmirə almış xidmət mərkəzlərinin pis niyyətli əməkdaşları yararlana bilər.