Filmlərimiz Trabzon Beynəlxalq Film Festivalına dəvət aldı

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Olaylar” – a bildirilib ki, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri Türkiyədə Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından "Olaylar" - a bildirilib ki, Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" və Mirbala Səlimlinin "Qırmızı bağ" tammetrajlı bədii filmləri Türkiyədə Trabzon Beynəlxalq Film Festivalına dəvət alıb. Filmlər festivalın beynəlxalq müsabiqə proqramında nümayiş olunacaq. Festival avqustun 26-dək davam edəcək.

Festivalda filmlərimizi "Dərs" filminin quruluşçu rejissoru Rafiq Əliyev, gənc aktrisa Ayna Zərbəliyeva, "Qırmızı bağ" filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, aktyorlar Maqsud Məmmədov və Taleh Bədiyev təqdim edəcəklər.

Festivalda, həmçinin gənc rejissor Fehruz Şəmiyev "Yol" filmi ilə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31