Gündəm
ABŞ ordusu üçün ilk arktik “nanoəlcək” hazırlanıb
ABŞ fizikləri adi AA-batareyaların enerjisindən istifadə edərək ən sərt arktik temperaturda belə normal temperatura qədər qızmaq imkanına malik nanomaterial yaradıblar. Alimlər ABŞ ordusunun sifarişinə əsasən hazırlanmış bu materialı Vaşinqtonda ABŞ Kimya Cəmiyyətinin illik görüşündə təqdim ediblər.
Yapon həkimdən 15 QIZIL MƏSLƏHƏT - Sağlam olmaq istəyirsinizsə, bunları edin!
Yaponlar uzunömürlü olmasını doktor Şiqeaki Xinoxariya borcludur. Həkim özü ahıl yaşlarına qədər aktiv həyat tərzi sürüb. O, 75 yaşdan sonra 100-dən çox kitab yazıb. Onlardan 1,2 milyon nüsxə tirajla çıxan “Çox yaşamaq, yaxşı yaşamaq” adlı kitabı xüsusilə məşhurdur. 100 yaşı tamam olanda isə Qiqeaki Xinoxari insanları müalicə etməyə və mühazirələr oxumağa davam edirdi.
Pomidorla arıqlamağın resepti
Artıq çəkidən xilas olmaq üçün ən uğurlu mövsümlərdən biri yaydır. Bu, ilk növbədə, ətli və yağlı yeməklərə iştahanın azalması, meyvə-tərəvəzlərin bolluğu ilə əlaqədardır. Həmin mövsümdə pomidor pəhrizi arıqlamaq üçün ən uğurlu üsullardan biri sayılır.
Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT
“Hermes” moda evinin məşhur “Birkin” çanta modelləri dünyada ən bahalı çantalar hesab olunur. Bu səbəbdən də sözügedən çantalara adətən varlı xanımlar və dünya ulduzları üstünlük verir.
Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT
Dadlı və təzə ət seçmək qabiliyyəti də bir incəsənətdir. Etiraf etməliyik ki, bunu hər kəs bacarmır. Güvənəcəyiniz qəssab tanışınız və keyfiyyətli ət seçmək qabiliyyətiniz yoxdursa, bir yolunuz var: Aldığınız əti ləzzətli bişirmək.
“WhatsApp” messencerində rəngli statuslar əlçatan olub
“WhatsApp” messencerində statuslar rəngli olacaq. İstifadəçilər fonun rəngini və yazının şriftini seçməklə yanaşı, həm də istinadlar əlavə edə bilərlər. Hələ ki yeni imkan yalnız bəzi istifadəçilərdə peyda olub, amma tezliklə hamı üçün əlçatan olacaq.
Troyan şəkillərin köməyi ilə antiviruslardan gizlənməyi öyrənib
“SyncCrypt” adlı yeni şifrləyici troyan kompüterləri yoluxdurmaq üçün qrafik fayllardan istifadə edir; zərərli proqram təminatının komponentləri şifrlənmiş formada PNG formatlı faylların daxilində gizlədilib ki, bu da əksər antiviruslardan yayınmağa imkan verir.
Alimlər yeni ekranın köməyi ilə smartfona müdaxilə üsulunu tapıblar
Ben-Quriona Universitetindən olan alimlər qrupu dəyişdirilmiş sensor displeyin köməyi ilə smartfonlara müdaxilə üsulunu aşkar ediblər. Alimlər sözügedən metodu “Nexus 6P” smartfonu və “LG G Pad 7.0” planşeti üzərində yoxlayıblar. Bu qurğulara zərərverici proqram təminatına malik mikrokontrollerlər qoşulub. Nəticədə alimlər ekrana toxunuşları imitasiya etməyə, şəkil və proqram məlumatlarını yadda saxlamağa müvəffəq olublar, həmçinin cihaza qurulmuş brauzerləri fişinq saytlara yönləndirmək imkanı əldə ediblər.
Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb
Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir. Köməkçi sistem tərəfindən qoyulmuş diaqnoz həkimlərin tibbi rəylərinə 98% uyğun gəlir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şəmkirdə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Gədəbəydə abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71,0 dəfə artıb, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.
İrəvan Türkiyə ilə sərhədlərin açılacağı sevincində
Erməni lobbisinin hər şeydən əli üzüləndə yenə son vasitə kimi Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq taktikasına əl atırlar. Yenə də eyni taktikadan istifadə edilir. Bu dəfə ermənilərin Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq planına rəsmi Ankaranın Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyi dəstək olub desək yanılmarıq.
Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib
Prezident İlham Əliyev Elşad Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev Elmar Qəzənfər oğlu Novruzova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.













