İrəvan Türkiyə ilə sərhədlərin açılacağı sevincində
Erməni lobbisinin hər şeydən əli üzüləndə yenə son vasitə kimi Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq taktikasına əl atırlar. Yenə də eyni taktikadan istifadə edilir. Bu dəfə ermənilərin Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq planına rəsmi Ankaranın Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyi dəstək olub desək yanılmarıq.
22 Avqust 2017 18:14 SiyasətƏrdoğanın Bakıdan verəcəyi mesaj erməniləri bu dəfə də xəyal qırıqlığına uğradacaq
Erməni lobbisinin hər şeydən əli üzüləndə yenə son vasitə kimi Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq taktikasına əl atırlar. Yenə də eyni taktikadan istifadə edilir. Bu dəfə ermənilərin Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq planına rəsmi Ankaranın Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyi dəstək olub desək yanılmarıq. Məlum olduğu kimi Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Ankaranın Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu açıqlayıb. O bildirib ki, Ankara sözügedən birliyə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. işğalçı Ermənistanın da Avrasiya İqtisadi Birliyində təmsil olunduğunu nəzərə alan bəzi şərhçilər isə hesab edirlər ki, Türkiyənin qurumla gömrük anlaşması imzalaması avtomatik olaraq Ermənistanla sərhədlərin açılması üçün imkan yaradacaq. Təsadüfi deyil ki, artıq İrəvan da bunu sevincəklə qarşılayaraq Türkiyə ilə sərhədlərin açılmasının tezliklə reallaşacağı ümidinə qapanıb. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyac var. İrəvanın razılığı isə təbii ki, Türkiyə ilə sərhədlərin açılması ola bilər. Bu arada erməni mediası da Türkiyə ilə sərhədlərin açılması xəbərini tirajlamağa başlayıb. Artıq erməni mətbuatı cəmiyyətdə belə bir formalaşdırmağa çalışır ki, yaxın vaxtlarda Türkiyə ilə sərhədlərin açılması İrəvanı iqtisadi böhrandan çıxara biləcək ki, bu da Qarabağ məsələsində Ermənistanın mövqelərinin möhkəmlənməsinə əsaslı dərəcədə təsir göstərəcək. Ermənistan mətbuatı birmənalı olaraq yazır ki, İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər.
Ancaq hər şeyin Ermənistan rəsmiləri və mediasının iddia etdiyi kimi olacağına böyük şübhə var. Bu isə bir neçə amillə bağlıdır. İlk növbədə Türkiyənin Ermənistanla sərhədləri işğalçı ölkənin Azərbaycan ərazilərini zəbt etməsi səbəbindən bağladığı hər kəsə məlumdur və 20 ildən artıqdır ki, qardaş ölkədə kimin və hansı siyasi qurumun hakimiyyətə gəlməsindən asılı olmayaraq Türkiyənin bu mövqeyi dəyişmir. Dəyişməsi də mümkün görünmür. Xüsusilə də hazırkı AKP hakimiyyəti dövründə. Çünki istər bu partiyanın rəsmiləri, istərsə də prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə açıq şəkildə bəyan edib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etmədikcə İrəvanla sərhədlərin açılmasından söhbət gedə bilməz. Elə 2009-cu ildə imzalanmış Türkiyə- Ermənistan protokollarının icra edilməməsinin əsas səbəbi də məhz Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi oldu. Həmçinin 2009-cu il mayın 13-də o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat da xatırlamaq yetər ki, Ermənistanın sərhədlərin açılması sevinci gözündə qalsın. Qeyd edək ki, o zaman Ərdoğan mövcud şərtlər altında- Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı açıq şəkildə ifadə etdi.
Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutacaq səfəri zamanı bütün bu məsələlərə bir daha aydınlıq gətiriləcəyi və Türkiyə prezidentinin Bakıdan verəcəyi mesajlarla Ermənistanla sərhədlərin açılması istəyində olanlarının xəyal qırıqlığına uğradacağı şübhə edilmir.
Bu arada Ermənistanla sərhədlərin açılması illüziyası ilə yaşayanlara onu da xatırlatmaq yerinə düşər ki, sərhədlərin bağlı olmasının bir sədəbi Ermənistanın işğalçılıq siyasətidirsə, digər səbəbi isə İrəvanın Türkiyəyə qarşı hələ də ərazi iddiasından çıxış etməsidir. Belə ki, Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan prortokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq ermənilər nə "soyqırım"ın tanınması, nə təzminat almaq, nə də ərazi iddialrınadan geri durmur.
Süleyman