Gündəm
Hindistanda qatarın 6 vaqonu relsdən çıxdı
Hindistanda sərnişin qatarının 6 vaqonu relsdən çıxıb. Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb.
UEFA-nın yeni reytinqi açıqlanıb
UEFA-nın yeni reytinqi açıqlanıb. Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub. Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə enib. Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir.
Marketoloqlar bizi necə aldadır? - HİYLƏ
in ki, çoxlarınız belə halla rastlaşmısınız, alış-verişə gedərkən nəzərdə tutduqlarımızdan daha çox şey almısınız. Xüsusilə də ərzaq məhsulları aldığınız zaman. Bunun hansı səbəbdən baş verməsini düşünüb təhlil etsək yalnız bir qənaətə gələ bilərik, marketoloqların peşəkarlığı və sözün yaxşı mənasında ağıllı hiyləgərlikləri. Məhz bunların nəticəsində şəhərimizdə günü-gündən artan supermarketlərin “cazibə” qüvvəsindən çıxa bilmirik. İlk növbədə supermarketlərin yaraşıqlı və zövqlə bəzədilən, rəngləri ilə göz oxşayan, fəsillərə uyğun, qışda isti, yayda sərin temperaturda olan satış zalları alıcının bu məkanda özünü rahat hiss etməsi üçün gözəl şərait yaradır. Digər tərəfdən isə satıcıların gülər üzü, verilən suallara yerli-yataqlı mehriban cavabları alış-verişə gələnlərin bir az da səxavətli olmasına, pul xərcləməsinə könüllü zəmin yaradır.
Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür
Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür. 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Bayram Kürdəxanılı vəfat etdi
Tanınmış meyxana ustası Bayram Kürdəxanılı kimi tanınan Bayramqulu Quliyev ötən gecə Kürdəxanı ərazisində avtomobil vurub. "Olaylar" bildiriir ki, toy mərasimindən evinə dönən Bayram Kürdəxanlı yolu keçmək istərkən, Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Hadisəni törətmiş şəxs onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxana ustasının həyatını xilas eləmək mümükün olmayıb.
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Loqoped Bəsirə Pənciyevanın Ailem.az-a növbəti məqaləsini təqdim edirik. Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: “Uşağım danışa bilmir və 2 yaşı var.
Ana südünü azaldan qidalar - SİYAHI
Anaların süd verdiyi dönəmdə südü artıracaq qidalar yeməsi çox vacibdir. Amma bəzi qadınlar yanlış olaraq ana südünü azaldan qidalardan istifadə edirlər. Ailem.az ana südünü azaldan həmin qidaları sizə təqdim edir.
Hemoroydan qurtulmaq üçün SADƏ ÜSUL
Badımcanın özündən çox saplağının sağlamlığınız üçün olduqca faydalı olduğunu bilirdinizmi? Məlumatları öyrəndikdən sonra badımcanın saplağını bir daha atmayacaqsınız.
Qripdən qorunmanın yolları
Qripdən qorunmanın yolu qidalanma və gigiyenadan keçir. 3 gündən çox davam edən hərarət və qusmalarda isə həkimə müraciət etmək lazımdır.
Hər gün bir alma yeyin...
Alma insan ömrünü əhəmiyyətli dərəcədə uzadır. Avstraliyalı tədqiqatçılar apardıqları tədqiqatlar nəticəsində bu qərara gəliblər. Rus mətbuatının verdiyi məlumata görə, əgər insan hər günkü qida rasionuna almanı da əlavə etsə, o zaman rahat yüz ilə qədər yaşaya bilər. Tədqiqatçıların 10 il ərzində apardıqları təcrübələrin nəticələri göstərib ki, almanın tərkibində olan mikroelementlər insan ömrünü artırmaq gücünə malikdir.
Alçaların dadı nə qədər sağlığımıza xeyirli olduğunu bilirdinizmi?
Alça (lat. Prunus cerasifera) - gülçiçəkkimilər fəsiləsinin gavalı cinsinə aid bitki növüdür. Azərbaycanın mеşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda bеcərilir. Bu ağacın mеyvələri qida məhsulu olmaqla, xalq təbabətində də geniş istifadə olunur. Şərq təbabətində onu tonuslaşdırıcı və vitamin vasitəsi kimi qəbul еdirdilər, xüsusilə sinqa xəstəliyində.
Dondurmanın xeyirləri və zərərləri
İsti yay günlərində insanların əvəzsiz qida vasitəsinə çevrilən dondurma bəzən müxtəlif sualların yaranmasına gətirib çıxarır: Görəsən dondurmanın insan orqanizminə zərəri varmı? Çox dondurma yesək, ziyan olmaz ki? və s. Bu səbəbdən "Deyerler.org" dondurmanın xeyri və zərərini araşdırmağa çalışdı.
Gilas yeməyin 5 faydalı səbəbi
Gilas bir budaqda çox sayda bitən bir meyvədir. Təzə gilas və onun kompotu sağlamlıq üçün çox faydalıdır. İndi gilasın fəslidir. Bu kiçik meyvə həm dadlıdır və həm də çox faydalı.
Ən çox qazanan aktyor bilindi - REYTİNQ
Amerikalı Mark Uolberq bu ilin əvvəlindən bəri ən çox gəlir əldə etmiş aktyor olub. O, "Forbes" jurnalının "The World's Highest-Paid Actors 2017" reytinqinə başçılıq edir. İlin əvvəlindən bəri Uolberq 68 milyon dollar qazanıb. Bu məbləğin əksər hissəsi "Transformers: The Last Knight" və " Daddy's Home 2" filmlərinə görə alınan qonorarlardır. "Rock" ləqəbli Dueyn Conson 65 milyon dollarlıq gəlirlə reytinqin 2-ci pilləsində qərarlaşıb.
Mazolu bir gündə sağaldan - TƏBİİ ÜSULLAR
Mazol daha çox ayaqlarda meydana gələn sərt təbəqədir. Sizi bu problemdən xilas edəcək geniş yayılan ən sadə üsulları təqdim edirik.














