Gündəm

Dənizdən tapılan başsız cəsəd jurnalistə aid imiş - Dəhşətli cinayət

23 Avqust 2017 11:54

Polis bu gün səhər dənizdən tapılan başsız cəsədin isveçli jurnalist Kim Valla aid olduğunu təsdiq edib. Bu barədə məlumat rəsmi Tvitter səhifəsindən verilib. Məlumatda qeyd olunub ki, DNA testindən sonra cəsədin Kim Valla aid olduğu dəqiqləşib. Onun sualtı qayıqda öldüyü deyilsə də, necə ölməsi barədə dəqiq məlumat yoxdur.

Alimlər Antarktidada buz altında 91 vulkan tapdılar

23 Avqust 2017 11:52

Edinburq Universitetinin alimləri Qərbi Antarktidanın buz qatından 2 km dərinlikdə 91 vulkan tapıblar. Vulkanlardan ən hündürü İsveçrədə yerləşən 4000 metrlik Eyger dağı ilə müqayisə olunur. Hazırda mütəxəssislər vulkanların aktivliyini və onların nə zaman püskürəcəyini müəyyən etməyə çalışırlar.

Soçi görüşündə nə baş verəcək? - Qərbdə yar axtaran Ermənistanı hansı faciələr gözləyir?

23 Avqust 2017 11:49

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşü baş tutacaq. Görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmələri nəzərdə tutulub. Liderlər həmçinin ən vacib beynəlxalq, regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi də edəcəklər.

Konqresdən Trampa Rusiya ilə bağlı QADAĞA

23 Avqust 2017 11:47

ABŞ Senatının kəşfiyyatı üzrə komitəsi kibertəhlükəsizlik üzrə qanun layihəsini dərc edib.  Qanun layihəsi ABŞ prezidenti Donald Trampa Konqresin razılığı olmadan kibertəhlükəsizlik məsələləri üzrə Rusiya ilə əməkdaşlığı qadağan edir. Sənəd həmçinin Rusiya tərəfindən kibertəhlükələr və ABŞ-ın seçki sisteminə kiberhücumlara qarşı ümumdövlət strategiyasının yaradılmasını tələb edir.

Son 5 ilin ən dağıdıcı qasırğası gözlənilir – Video

23 Avqust 2017 11:42

Çinin Honkonq muxtar regionunda son 5 ilin ən dağıdıcı “Hato” qasırğası gözlənilir. Artıq şəhərin sahilyanı bölgələri qasırğanın təsiri altına düşüb. Şəhərdə nəqliyyatın hərəkəti tamamilə iflic olub.

Bakıda qatı toz dumanının nədən yarandığı açıqlanıb

23 Avqust 2017 11:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Bələdiyyə sədri cərimələndi – 3000 manat

23 Avqust 2017 11:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova tərəfindən kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. 

“Azərbaycan Şirvanşahlar dövləti” sərgisi təşkil olunacaq

23 Avqust 2017 11:38

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. “Olaylar” bildirir ki,  muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid unikal eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keykubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Muzeydə şirvanşahların “çövşən” növünə aid yaraqları, həmçinin “tülbənd” növünə aid dəbilqələri mövcuddur. Eyni zamanda, dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan yeni eksponatların müəyyən olunması istiqamətində də araşdırmalar davam edir.

6 terrorçu təslim oldu

23 Avqust 2017 11:35

Türkiyənin Şırnakvilayətinin  Silopi bölgəsində terrorçular təslim olub. “Olaylar” bildirir ki, PKK terror təşkilatına xidmət etmiş 6 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olublar.  Təslim olan terrorçuların məhkəmə prosesi davam edir.

"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşıb 

23 Avqust 2017 11:34

"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib.

Ermənilər 143 dəfə atəşkəs rejimini pozub

23 Avqust 2017 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbəə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bakıda yaşayış evi yanır

23 Avqust 2017 11:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən “Olaylar”a verilən məlumata görə,  Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.Yanğının söndürülməsi işləri davam etdirilir.

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda

23 Avqust 2017 11:29

Veysəloğlu Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş təşkil olunub. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi İlqar Nuri öz növbəsində gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb. İlqar Nuri təmsil etdiyi şirkətin daim savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirib.

Putin və Sərkisyan görüşü sıradan bir görüş olacaq

23 Avqust 2017 11:28

“Rusiya prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən səsləndirib.

Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın ilk rəqibi məlum olub

23 Avqust 2017 11:25

Türkiyədə 2019-cu il prezident seçkilərində mövcud dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın ilk rəqibi bəlli olub. Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilən və hazırda yeni siyasi partiyanın yaradılması ilə məşğul olan sabiq daxili işlər naziri Meral Akşenerin prezidentliyə namizəd olacağı açıqlanıb. Bunu qurulmaqda olan yeni partiyanın lider heyətində təmsil olunan, avqustun 22-də MHP-dən istefa vermiş sabiq nazir Koray Aydın “Fox TV”nin efirində deyib. K. Aydın bildirib ki, R. T. Ərdoğanın M. Akşener qarşısında qələbə şansı yoxdur: “Rəy sorğularına əsasən bütün partiyalar öz namizədi ilə seçkiyə qatılacağı təqdirdə, Ərdoğan ilk turda qalib gələ bilmir. İkinci tura Ərdoğanla birlikdə Akşenerin çıxması qətidir. Bu turda isə Ərdoğan Akşeneri məğlub edə bilməz”.