Putin və Sərkisyan görüşü sıradan bir görüş olacaq
“Rusiya prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən səsləndirib.
23 Avqust 2017 11:28 Siyasət"Rusiya prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, bəzən ictimaiyyətə bu kimi görüşlərdən əvvəl yanlış mesajlar ötürülür: "Nə bilim "Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək", "Kreml İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq" və s. Hər dəfə bu cür başlıqlar atılır, sonrası da bəllidir. Putin Soçidə prezidentləri qəbul etməyi xoşlayır, bu da həmişə olduğu kimi sıradan bir görüşdür. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarını qəbul etmişdi. Həmin görüşdən əvvəl də optimist fikirlər irəli sürülürdü".