Gündəm

Qütblər haqqında bildiyiniz hər şey səhv imiş: Şimal əslində haradadır?

23 Avqust 2017 12:53

“Dünyaya kosmosdan baxdığımızda yuxarıda nə görürük” sualına “Şimal qütbü” cavabını verənlər sadəcə siz deyilsiniz. Ancaq bu doğru cavab deyil. Dünyadakı hər insan planetimizi bu formada təsəvvür etsə də, bu təəssüratı dəstəkləyən hər hansı elmi bir fakt mövcud deyil.

DİN: Lənkəranda Regional Elektrik Şəbəkəsinin avtomobilini yandıran şəxs tutulub

23 Avqust 2017 12:50

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-nə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.

Azərbaycanda 107 xəstəyə qaraciyər, 365 xəstəyə böyrək köçürülüb

23 Avqust 2017 12:48

Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən, qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır. 

Mübariz Əhmədoğlu: "Ermənistan ABŞ Dövlət Departamentinin rəsmi sənədini saxtalaşdırıb

23 Avqust 2017 12:21

ABŞ Dövlət Departamenti 2016-cı ildə dünyada dini azadlıqların vəziyyəti ilə bağlı ənənəvi hesabatını yaydı. Hesabatın “Ermənistan” bölməsində bu ölkədəki dini pozuntular daha kəskin şəkildə qeyd edilir.

Deputat: "İşğal faktoru aradan qalxmadıqca, sərhədlər açıla bilməz" 

23 Avqust 2017 12:19

“Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə söylənən fikirlər düşmən ölkənin təxribatından başqa bir şey deyil”. Bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rövşən Rzayev deyib.

DÇ-2017: Qadın güləşçilərimiz mübarizəyə qoşulur

23 Avqust 2017 12:17

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir. Üçüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulur.

Latviya çadrayla bağlı qanun layihəsini dəstəklədi

23 Avqust 2017 12:15

Latviyanın Nazirlər Kabineti qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoyan qanun layihəsini dəstəkləyib. Ədliyyə Nazirliyinin hazırladığı sənədə əsasən, motosikletçilər üçün kaska, xidməti öhdəliklərin yerinə yetirilməsi zamanı, idmanda, bədii və mədəniyyət tədbirlərində iştirak etmək üçün istifadə olunan baş örtükləri, habelə hava şəraiti və ya səhhətlə əlaqədar geyilən baş örtüklərinə qadağa şamil edilmir.

Dünya çempionunu döyərək öldürən Anarın yerini deyənə 500 min rubl mükafat veriləcək

23 Avqust 2017 12:13

Rusiyada pauerliftin üzrə dünya çempionu Andrey Draçyovu qətlə yetirən Anar Allahverənovun axtarışları davam edir. Hadisədən bir neçə gün keçsə də, Rusiya hüquq-mühafizə orqanları Anarı həbs edə bilməyiblər. Bu gün isə Anarın yerini deyən şəxsə yüksək məbləğdə qonorar vəd edilib. Rusiya DİN Xabarovsk vilayəti üzrə idarə Andrey Draçyovu döyərək öldürən azərbaycanlının yerini deyən şəxsə 500 min rubl mükafat təyin edib. Bununla yanaşı qurum bildirib ki, Anarın yerini deyən şəxsin anonimliyi qorunacaq. 500 min rubl isə 14 min Azərbaycan manatından bir az çox məbləğdir.

Ermənistan nəqliyyat nazirliyini satışa çıxardı

23 Avqust 2017 12:12

Ermənistan Nəqliyyat Nazirliyinin binası satışa çıxarılır.  Nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyinin binası yenidən satışa çıxarılıb. Hərrac avqustun 31-də baş tutacaq. Nazirlik binasının başlanğıc qiyməti 13 mlrd. 223 mln. 400 min 652 dram təşkil edəcək, – deyə “Joxovurd” qəzeti yazıb.

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirəcək 

23 Avqust 2017 12:10

Peru Azərbaycan vətəndaşlarına viza verilməsi prosesini sürətləndirmək niyyətindədir. Bunu  Perunun Bakıdakı müvəqqəti işlər vəkili Luis Çanq Boldrini deyib. Onun sözlərinə görə, hazırda Peru Azərbaycanın elektron viza proqramına qoşulub ki, bu da Peru pasportuna malik şəxslərə elektron viza almağa imkan verir: “Peruda elektron viza sistemi mövcud deyil, amma biz çalışırıq ki, Azərbaycan vətəndaşlarına viza verilməsi prosesi daha sürətli və ucuz olsun”.

Deputat: İşğala son qoyulmayınca Türkiyə-Ermənistan sərhədləri açıla bilməz

23 Avqust 2017 12:08

Türkiyə Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlayarsa, bunun Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur.

Samiraldo: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?!" - VİDEO

23 Avqust 2017 12:05

Tanınmış stilist Samiraldo sosial şəbəkədə onu təhqir edənlərin cavabını verib. Şəxsi hesabında video yayımlayan stilist bunları deyib: "Kişiyəm, nəyəm, kimə nə dəxli var?! Xəstəyəm, kimə nə dəxli var? Xəstə adam minlərlə insanın sevgisini qazana bilməz. Xəstə adam sıfırdan bu qədər iş görə bilməz, halallıqla pul qazana bilməz.

Doğma kəndinə toya getdi, itgin düşdü

23 Avqust 2017 12:03

Füzuli rayonunda 37 yaşlı kişi itkin düşüb. Füzuli rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə avqustun 13-də baş verib. Bakı şəhərində yaşayan, 1980-ci il təvəllüdlü Anar Xaliq oğlu Əliyev avqustun 12-də Füzuli rayonunun Kərimbəyli kəndinə atasının evinə gəlib.

Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

23 Avqust 2017 12:00

Çeçen əsilli məşhur kriminal avtoritet Həmzət Qastəmirov (kriminal dünyada Şeyx Həmzət kimi tanınır) sərbəst buraxılıb.  Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib və əlavə edilib ki, Qastəmirov artıq Azərbaycan hüdudlarını tərk edib.

"Nə qədər qışqırdım, gözünü açmadı" - Dostunun ölümündən şok keçirən Ağamirzə

23 Avqust 2017 11:57

Tanınmış meyxana ustası Bayram Kürdəxanlını avtomobillə vuran adamın tanınmış meyxanaçıAğamirzənin qohumu olduğu deyilir. Ağamirzə xəbəri təsdiqləyib: "Bayramı vuran Emin mənim uzaqdan-uzağa qohumumdur. Kim istəyərdi ki belə hadisə olsun?! Emin danışır ki, hadisə baş verən zaman maşını yüksək sürətlə idarə etməyibmiş. Bayram qəfildən maşının altına girib, Emin avtomobili qaçırtsa da, xeyri olmayıb. Elə özü də onu xəstəxanaya çatdırıb".